Məhkəmə qərarları › İş №3(007)-1405/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1405/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1405/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ ********** inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə 77 GH456 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı nəqliyyat vasitəsi ilə X5 hərəkətdə olarkən törədilmiş inzibati xətaya görə İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və 100 manat məbləğində cərimə olunmuşdur. Şikayətçi şikayətində vurğulamışdır ki, qeyd olunan nəqliyyat vasitəsi X3 mülkiyyətindədir və inzibati xəta hadisəsi baş verərkən onun tərəfindən idarə olunmuşdur. Nəqliyat vasitəsinə dair etibarnamə dayısı tərəfindən ona verildiyindən nəqliyyat vasitəsi ilə bağlı bütün cərimələr və ballar ona yazılmaqdadır. Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində çıxarılan qərar tamamilə qanunsuzdur. Məhz bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmənin üzrlü səbəbləri barədə məlumat verərək (digər rayon məhkəməsinin icraatında olan məhkəmə iclasnda iştirak etməsi ilə bağlı) , iş üzrə sübut əhəmiyyəti olan material təqdim edib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 çıxış edərək bildirdi ki, qeyd olunan tarixdə nəqliyyat vasitəsini o idarə etmiş, buna baxmayaraq protokol və cərimə bacısı oğlu X7 yazılmışdır. Qeyd olunanlara əsaslanaraq qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ ********** qərarına əsasən X8 xx.xx.2025-ci il tarixdə ** GH *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş videomateriala baxış keçirilərkən inzibati xəta hadisəsinin baş verdiyi öz təsdiqini tapır, lakin kim tərəfindən törədilməsi müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən videogörüntü ilə inzibati xəta hadisəsinin kim tərəfindən törədilməsi müəyyən edilə bilmədiyindən, məhkəmə iclası zamanı nümayəndə iştirak etməməsi səbəbindən araşdırılması mümkün olmadığından AR-sı DİN Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək, yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ ********** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar