Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1411/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhər Statistika İdarəsinin rəis müavini X1 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 09 iyun 2022-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, 2022-ci ilin (aylıq) 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı aprel ayı üzrə may ayının 24-də geçikmə ilə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, 2022-ci ilin (aylıq) 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı aprel ayı üzrə may ayının 24-də gecikmə ilə təqdim edilməklə, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə daxil olmuş inzibati xəta haqqında protokolu və sənədləri araşdırıb, inzibati orqanın nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC inzibati iş üzrə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tərəbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Statistika İdarəsinin rəsmi statistika hesabatından görünür ki, Şəxs MMC 2022-ci ilin (aylıq) 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı aprel ayı üzrə may ayının 24-də gecikmə ilə təqdim etmişdir. İşdə olan sənədlərə əsasən, Şəxs MMC-nin hüquqi ünvanı - ünvan 1mişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1411/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1411/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver