Məhkəmə qərarları › İş №3(007)-1418/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1418/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1418/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 14 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material baxılması üçün məhkəmənin icraatına qəbul edilmiş, işin baxılması 29 iyun 2022-ci il tarixə saat 15:15-ə təyin edilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın rəhbəri, Bakı şəhəri Nizami rayon icra şöbəsinin rəisi Rəşad Hacıyev 29 iyun 2022-ci il tarixli 17/xx-xx-2441 nömrəli məktubla məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra şöbəsinə və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, borclu MMC-nin borclu olduğu 2(011)-10192/2017 nömrəli icra sənədi üzrə tələbkar qətnamədən apellyasiya şikayəti vermişdir və məhkəmə prosesinin təyinatı barədə telefonuna elektron mesaj gəlmişdir. Bu səbəbdən də, icra şöbəsində olan icra sənədinin icraatının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən dayandırılmasını, tərtib edilmiş inzibati xəta haqqında protokola isə məhkəmə tərəfindən xitam verilərək baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs borclu olduğu icra sənədi üzrə tələbkarın özü tərəfindən icra sənədinin verilməsinə əsas olan qətnamə mübahisələndirilmişdir, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi üzrə icra hərəkətləri davam etdirilə və ya yeni icra sənədi verilə bilər, ona görə həmin şəxsin barəsində inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxılması üçün əsas qalmadığından material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 14 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar