Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1420/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Dadiyev Fərahim Balaş oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC şəxsi mülkiyyətində olan avtomobili idarəetmə hüququ olmayan X5 vermişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri xx.xx.2024-cü il AR DİN BDYPİ tərəfindən Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Sözügedən Protokolda Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Şəxs MMC-nin hərəkətlərində qeyd olunan inzibati xətanın tərkibi mövcud olmadığından, eyni zamanda Protokol tərtib edilərkən prosessual pozuntulara yol verilməsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xəta haqqında Protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatları alınmamış, inzibati xəta haqqında protokol natamam tərtib edilmişdir. Halbuki, AR İXM- nin 100.1-ci maddəsinə əsasən, İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrəicraat üçün zəruri olan digər məlumatlar. Belə ki, İnzibati Xəta haqqında Protokolda inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyətinə dair hər hansı bir qeyd aparılmamışdır. Habelə, İnzibati xəta haqqında Protokolun tərtib edilməsi vaxtı və yeri barədə barəsində İnzibati xəta haqqında icraat aparılan Şəxs MMC-yə hər hansı bir məlumat verilməmişdir və nümayəndənin iştirakı təmin edilməmişdir. İnzibati Xəta haqqında Protokolda Şəxs MMC-nin nümayəndəsi kimi qeyd edilmiş X7 isə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 64.2-ci maddəsinə əsasən, Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Bildiririk ki, İnzibati Xəta haqqında Protokolda nümayəndə olaraq qeyd edilən X7 əsas iş yeri üzrə Şəxs MMC-nin işçisi deyil. Qeyd olunanların təsdiqi olaraq, Şəxs MMC-də əsas iş yeri üzrə işləyən işçilərin siyahısı, habelə X3 X10 əlavə olunur. Sözügedən sənədlərdən göründüyü kimi, X7 əsas iş yeri üzrə "xxxx" MMC-də işləyir və bu səbəbdən, Şəxs MMC barəsində Protokol tərtib edilərkən nümayəndə qismində iştirak edə bilməz. Lakin, polis kapitanı X8 tərəfindən İnzibati Xəta haqqında Protokol tərtib edilərkən sözügedən hallar nəzərə alınmamış, iş materialları düzgün araşdırılmamış, bu isə nəticə etibarı ilə AR İXM 100.1-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Habelə, hesab edirik ki, Şəxs MMC-nin hərəkətlərində AR İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, X9 ilə Şəxs arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair Müqavilə imzalanarkən, habelə Etibarnamə tərtib edilərkən sözügedən şəxs tərəfindən Sürücülük vəsiqəsi (AC № 604993, Dərəcəsi: B, C; etibarlıq müddəti: xx.xx.2024) təqdim edilmişdir və bu səbəbdən, sürücünün sürücülük hüquqlarının məhdudlaşdırılması Şəxs MMC-yə məlum olmamışdır. Yol Patrul Xidməti Haqqında Təlimatın 9.6-cı bəndində qeyd olunub ki, sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən 3 iş günü müddətində hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini müv«.. DYP orqanına təqdim etməlidir. Sürücülük hüququ məhdudlaşdırılmış X9 tərəfindən sürücülük vəsiqəsinin müvafiq DYP orqanına təqdim edilməməsi, habelə DYP orqanı tərəfindən məsələyə nəzarət edilməməsi və sürücülük vəsiqəsinin təhvil alınmaması nəticə etibarı ilə Şəxs MMC-yə yanlış məlumatların təqdim edilməsinə gətirib çıxarmışdır. Sözügedən hallar isə bir daha təsdiq edir ki, Şəxs MMC-nin hərəkətlərində AR İXM 335.1-ci maddəsinin dispozisiyasında qeyd edilən tərkib mövcud deyildir. AR İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM- nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı halda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Sözügedən Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi, Şəxs MMC-nin hərəkətlərində AR İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta tərkibi yoxdur və Cəmiyyət tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, XAHİŞ EDİRİK: AR DİN BDYPİ tərəfindən qəbul edilmiş 20 fevral 2023-cü il tarixli xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokol tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli.ş TP ******* nömrəli qərarın surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə “Changan CS 35 Plus” minik markalı, ** AD *** DQN-lı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsində təqsirli bilinərək, İXM-nin 332.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli Şəxs MMC –nin direktoru Toğrul Paşayev tərəfindən verilmiş etibarnamədən görünür ki, X5 Şəxs MMC-nin mülkiyyətində olan “Changan CS 35 Plus” minik markalı, ** AD *** DQN-lı nəqliyyat vasitəsinin idarə edilməsi etibar edilmişdir. - DYP-nin Web portalından çıxarışdan görünür ki, X4 nəqliyyat vasitələrini idarə etmə hüququ Şəmkir Rayon Məhkəməsinin 3(076)-562/2022 nömrəli qərarı ilə 06 ay müddətinə məhdudlaşdırılmışdır. - DYP-nin Web portalından çıxarışdan görünür ki, X4 nəqliyyat vasitələrini idarə etmə hüququ Şəmkir Rayon Məhkəməsinin 3(076)-427/2023 nömrəli qərarı ilə 06 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1420/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1420/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver