Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1422/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxx 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Təqdim edilmiş iş materiallarından görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 17 radələrində Şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 124 saylı binanın qarşısında yerləşən tikilidə əvvəllər tanıdığı X1-deşici alətlə zərbələr endirib qəsdən öldürməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmışdır. Törətdiyi əməlinə görə Şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxx 2021-ci il tarixdə Şəxs əməli yekun olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə tövsif edilməklə həmin maddələrlə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsinə dair 99 nömrəli akta əsasən Şəxs götürülmüş sidik nümunəsində OPİ(+), MET(+), AMP(+), MTD(+) aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx xxxx 2021-ci il tarixli xx/xx-3311 saylı arayışa əsasən Şəxs 2018-2020-ci illərdə müxtəlif tarixlərdə “Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində aslılıq sindromu diaqnozu ilə qeyd olunan mərkəzdə stasionar müalicədə olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertinin xx xxxxx 2021-cu il tarixli 1162 saylı rəyinə əsasən müayinə zamanı Şəxs Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxx 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş ürzə icraat başlanmış, qərar inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həll edilməsi məqsədilə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 346.1.16-cı maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı barədə məsələ məhkəmə tərəfindən müzakirə edilməlidir. Qeyd edilməlidir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş ürzə icraat başlansa da, o, Bakı şəhəri Nizami rayon prokurorluğunun icraatında olan və hazırda ibtidai istintaqı yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilmə mərhələsində olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsdir. Şəxs ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, Nizami rayon prokurorluğunun məktubu əsasənda, narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilmiş və xx xxxxxx 2021-ci il tarixdə 99 nömrəli akt verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2021-cu il tarixli rəyinə əsasən isə Şəxs narkomaniya xəstəliyi aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda, məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin haqqında inzibati tənbeh növü ilə yanaşı inzibati tənbeh növü nəzərdə tutulan maddə üzrə inzibati icraat başlanmasına qanuni əsaslar yoxdur, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılarkən CPM-nin 346.1.16-cı maddəsinə uyğun olaraq ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi məsələsi həll olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati icraat müvafiq orqan tərəfindən düzgün başlanılmamışdır, inzibati xəta haqqında materialın baxılması üçün məhkəmənin icraatına qəbul edilməsinə əsaslar yoxdur, Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxx 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə icraat başlanılmış inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” x xxx 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxx 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə icraat başlanılmış inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1422/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1422/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver