Məhkəmə qərarları › İş №3(007)-1424/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1424/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1424/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin 22 yanvar 2025-ci il tarixli, 16/1-218303 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin 22 yanvar 2025-ci il tarixli, 16/1-218303 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli 16/1-218303 nömrəli nömrəli qərar tərtib edilərək, İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmağa görə 20 AZN cərimə olunmuşdur. EQ ******* nömrəli elektron qərara əlavə edilmiş foto şəkillərə nəzər saldıqda açıq-aydın görünür ki, idarə etdiyi ** NT *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobil xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Babək pr, 56, GPS: 40.39422222,49.94011688 küçəsində 2 zolaqdan ibarət yolda yolun sol çiynində dayanmışdır. Qoşmada əlavə edilmiş və tərəfindən çəkilmiş foto şəkildə ərazidə qeyd olunan yolun sağ çiynində quraşdırılmış dayanma və durma qadağandır nişanı vardır ki, həmin nişan yolun sağ hissəsinə aiddir və həmin səmtdə heç bir avtomobil dayanmamışdır. Lakin buna baxmayaraq yolun sol çiynində heç bir yol nişanı olmadığı üçün bir neçə sürücü tərəfindən qanuni şəkildə avtomobillərin parklanması görünür. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 3(007)- 4843/2024 nömrəli qərara əsasən şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, onun inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X5 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2 245018/25 nömrəli məktubu ilə poçt vasitəsilə göndərilmiş xx.xx.2025-ci il tarixdə 16/1-218303 nömrəli nömrəli inzibati xəta haqqında iş üzrə qərar tərəfindən qəbul edilmişdir. Qərarda qeyd olunur ki, inzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı görüntülərə baxış keçirilən zaman sürücünün Ford markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobili Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd qaydada saxlaması, eləcə də nəqliyyat vasitəsinin vətəndaş Ş.Ağayevin istifadəsində olması təsdiqini tapmışdır. Qeyd olunanlar, habelə Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Maddə 52. Dayanma və durma. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. Aşağıdakı yerlərdə: tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. İV-İ. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz- özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda —yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin imzası ilə icraçı N.Allahverdiyevin icra etdiyi qərarda qeyd olunur ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun Maddə 52 Dayanma və durma Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin Maddə 346.1 dayanma durma qaydalarının pozulmasına görə. Lakin qanunun 52-ci maddəsinin hansı bəndinin tələbinə zidd olması və ya görüntü göstərilmir. Bununla bağlı rəsmi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevə həm elektron, həm də poçt vasitəsilə ərizə şəklində müraciət etmişdir. İnzibati xətanın qeydə alındığı Nizami rayonu, Babək Pr, 56, GPS: küçəsindən peyk görüntüsünə nəzər salanda açıq-aydın görünür ki, 20-dən çox nəqliyyat vasitəsi hasar boyu dayanmışdır. Tərəfindən çəkilmiş foto şəkillərə baxdıqda yolun gediş və gəliş hissəsinin olduğu görünür. Lakin avtomobillər peyk görüntüsündə və şəkildə göründüyü kimi bir cərgə boyunca dayanmışdır. YPX inspektoru ərazidə fəaliyyət aparır və maşınların əksi istiqamətində saxlayan sürücülər haqqında tədbir görür. Lakin qanunun tələbinə uyğun dayanan avtomobillər yerində digər avtomobillər isə tərk edir və ya qanunauyğun dayanır. Ərazidə heç bir qadağanedici nişan və ya nişanlanma xətti yoxdur. 3.27 nişanı isə əks istiqamət üçün nəzərdə tutulduğundan və sürücü nişanın arxa tərəfində dayandığından görmə məhdudiyyəti olduğundan sürücülər dayanan əraziyə şamil edilmir. Bu da Elektron Qərara əlavə edilmiş şəkildən açıq aydın görsənir. Göstərilənlərə əsasən, sözügedən məsələyə hüquqi baxımdan yanaşılmasını, baş vermiş mövcud halı və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən əsassız tərtib edilmiş xx.xx.2025-ci il tarixli 16/1-218303 nömrəli qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ərazidə heç bir qadağanedici nişan və ya nişanlanma xətti yoxdur. 3.27 nişanı əks istiqamət üçün nəzərdə tutulur. Yolun sağ çiynində quraşdırılmış dayanma və durma qadağandır nişanı yolun sağ hissəsinə aiddir, ona görə həmin yerdə heç bir avtomobil dayanmamışdır. Yolun sol çiynində isə heç bir yol nişanı olmadığı üçün onun həmin yerdə dayanması yol hərəkəti qaydasının pozulması hesab oluna bilməz. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, sürücü X1 dayanma və ya durma qaydalarını pozmasına görə onun barəsində 22 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Təqdim etdiyi videogörüntü ilə də müəyyən olunur ki, qadağan nişanı küçənin bilavasitə qabağında quraşdırılmışdır, ona görə şikayət vermiş şəxsin nəqliyyat vasitəsini saxladığı yerdə belə nişanın təkrar quraşdırılmasına əsaslar olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin küçə ikitərəfli hərəkət üçün nəzərdə tutulduğundan yolun kənarında nəqliyyat vasitəsi saxlanıla bilməzdi. Hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib edərkən qanunvericiliyin tələblərini pozmamışdır, şikayətdə göstərilənlərin əsası yoxdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakını nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin 22 yanvar 2025-ci il tarixli, 16/1-218303 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə “FORD” markalı, **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd qaydada saxlanılması faktı üzrə Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında vətəndaş X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə EQ 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş Ş.Ağayev barəsində çıxarılmış qərardan Nizami Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə məhkəmə işə baxaraq EQ 23966663 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul etmişdir. İnzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı görüntülərə baxış keçirilən zaman sürücünün “FORD” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd qaydada saxlaması, eləcə də nəqliyyat vasitəsinin vətəndaş Ş.Ağayevin istifadəsində olması təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X2 barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 52-ci maddəsinin İ və İİ hissələrinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. 52-ci maddəsinin İV hissəsinə əsasən aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. 64-cü maddəsinin İ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, X2 istifadəsində olan “Ford minik” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni Nizami rayonu Babək prospektində 04 oktyabr 2024-cü il tarixdə dayanma və durma qaydalarını pozmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İstinad olunan xəta Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında qeydə alınmış və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Bununla da, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, X1 həmin inzibati xəta ilə bağlı 04 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 3(007)-4843/2024 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, sözügedən qərar ləğv olunaraq materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinə göndərilmişdir. Həmin İdarədə materialların yenidən araşdırılması zamanı sürücü X1 “Ford” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd qaydada saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 22 yanvar 2025-ci il tarixli, 16/1-218303 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin 22 yanvar 2025-ci il tarixli, 16/1-218303 nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar