Məhkəmə qərarları › İş №3(007)-1428/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1428/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1428/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Şirkəti mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Şirkətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs Şirkətinə ünvanlanmış bildirişdən görünür ki, Şirkətə məxsus “Skoda Kodiaq minik” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Pİ-nin DYPŞ-nin Şəxs Şirkətinə ünvanlanmış bildirişi poçt xəbərnaməsinə “Məhərəmov Uğur” tərəfindən imza edilməklə xx xxxxxx 2020-ci il tarixdə alınmışdır. Şəxs Şirkətindən məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş ərizədə göstərilmişdir ki, Şəxs alman şirkətinin Azərbaycandakı filialı 2005-ci ildən Azərbaycanda qeydiyyatdan keçərək ölkədə su və kanalizasiya xəttlərinin çəkilməsi, binaların sökülməsi, tunel və mini tunellərin çəkilməsi və s. işlərlə məşğuldur. ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış 64 saylı icarə müqaviləsinə əsasən icarədar kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər hüquqi ünvanları ünvan 3 olmuşdur. Lakin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli qarşılıqlı razılaşma protokuluna əsasən icarə müqaviləsinə xitam verilmiş və xx.xx.2020-ci il tarixli yeni bağlanmış icarə müqaviləsinə əsasən Şəxs Şirkətinin Azərbaycandakı filialı ünvan 4 (yeni N 320A) ünvanında yerləşmişdir. Onlara yalnız xx.xx.2020-ci il tarixdə məlum olmuşdur ki, Bakı şəhəri Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən AP ******* saylı inzibati xəta haqqında protokol” əsasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar barəsində inzibati xəta aparılan şəxs qismində məhkəmə iclasında iştirak etmək üçün xx.xx.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinə dəvət olunmuşlar. Bunları dəqiqləşdirmək məqsədilə əməkdaşları əvvəl Nizami RPİ DYPŞ-də olmuş və sonra Nizami Rayon Məhkəməsindən barələrində olan sənədlərin surətini alıb, məhkəməyə hansı səbəbdən çağırıldıqlarını aydınlaşdırmışlar. Şəxs alman şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan “Skoda Kodiaq” markalı ** PF *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi tərəflərindən xx.xx.2020-ci il tarixdə saat 23:48-də Yasamal rayonu ərazisində yolda müəyyən edilmiş hərəkət sürətinin 20 km/saat həddində aşılması barədə məlumatları olmamış, bununla bağlı heç bir bildiriş almamışlar. Həmçinin inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməməsi ilə əlaqədar Məcəllənin 347-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə rəhbərlik və şirkətin əməkdaşları heç bir bildiriş və ya xəbərdarlıq məktubu almamışlar. Nizami RPİ DYPŞ təsəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı məktubdan görünür ki, məktub səhvən Şirkətin əvvəllər icarədə olduğu ünvana, yəni AZ 1029, Nizami rayonu, H.Əliyev prospekti, ev 115, mənzil 602, X2 ünvanına göndərilib və bu baxımdan vaxtında onlara heç bir məlumat daxil olmayıb və ya xəbər verilməyib. Bütün bunlardan sonra tərəflərindən baş vermiş hadisə ilə əlaqədar maraqlanarkən, yalnız xx.xx.2020-ci il tarixdə əvvəl icarədə olduqları ünvandan, yəni H.Əliyev prospekti 115, mənzil 602 ünvandan onların adına Nizami RPİ DYPŞ tərəfindən səhvən ora ünvanlanmış məktubu almışlar. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri, Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olundu ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkəti, onun müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması, Şirkətə daxil olması öz təsdiqini tapmır. Belə ki, Şəxs Şirkətinin ərizəsinə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, Şirkət xx xxxxxx 2019-cu il tarixli 64 nömrəli icarə müqaviləsi əsasında AZ 1029, Nizami rayonu, H.Əliyev prospekti, ev 115, mənzil 602, X2 ünvanında yerləşmişdir, xx xxxxx 2020-ci il tarixli qarşılıqlı razılaşma protokuluna əsasən həmin icarə müqaviləsinə xitam verilmiş, xx xxxx 2020-ci il tarixli yeni bağlanmış icarə müqaviləsinə əsasən Şəxs Şirkətinin Azərbaycandakı filialı ünvan 4 (yeni N 320A) ünvanında yerləşmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs Şirkətinə (AZ 1029, Nizami rayonu, H.Əliyev prospekti, ev 115, mənzil 602, X2 ünvanına) ünvanlanmış bildiriş 2020-ci ilin avqust ayında göndərilərkən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şirkətə hər hansı formada aidiyyəti olması məlum olmayan “Məhərəmov Uğur” adlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə alınarkən Şirkət qeyd edilən ünvanda yerləşməmiş, fəaliyyət göstərməmişdir. Ona görə işdə olan bildiriş və xəbərnamə, oradakı məlumatlar qanunvericiliyin müvafiq tələblərinə əməl edilməsi kimi qəbul edilə, Şəxs Şirkətinin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz, Şəxs Şirkətinin əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar