Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1429/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin tərtib etdiyi 18 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 16 fevral 2023-cü il tarixli 3(036)-233/2023 nömrəli qərardadı ilə material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Material 09 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, işin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən, aidiyyət qaydalarının pozulduğu müəyyən edilmişdir. Belə ki, materialın İmişli Rayon Məhkəməsinə göndərilməsinə, inzibati xəta haqqında protokolda və ona əlavə olunan DİN-in informasiya sistemində qeydə alınmış sənədlərdə Şəxs yaşayış ünvanının İmişli şəhəri, ünvan 1rəfindən işin icraata qəbul məsələsi həll edilərkən, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı, müəyyən edilmişdir ki, Şəxs qeydiyyat ünvanı Saatlı rayonunun Bəylər kəndidir, onun adına 19 sentyabr 2011-ci il tarixdə AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Buna baxmayaraq, material baxılması üçün aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilməmişdir, İmişli Rayon Məhkəməsi özünün sözügedən 16 fevral 2023-cü il tarixli qərardadı ilə hesab etmişdir ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinə əsas olmuş inzibati xəta hadisəsi Bakı şəhəri, Nizami rayonu ərazisində törədilmişdir, həmin şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə toplanmış inzibati icraat materialına yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatəti olmadığından, material baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Lakin nəzərə alınmamışdır ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələri ilə tərtib edilmiş 28 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola Nizami RPİ-nin DYPŞ-nin müvafiq vəzifəli şəxsi tərəfindən baxılaraq həmin protokol əsasında Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələri ilə (yol nişanlarının tələblərinə riayət edilməməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) 60 manat məbləğində cərimə olunması barədə 10 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, Şəxs 28 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati qaydada tənbeh edilmiş, həmin icraat başa çatmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunaraq məhkəməyə göndərilməsi isə, məhz 10 sentyabr 2022-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə olmuşdur. Sözügedən 28 avqust 2022-ci il tarixli protokol üzrə xətanın törədilmə yeri həmin şəxin barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati işə baxılma, aidiyyət yerini müəyyən etmir. Qeyd edilməlidir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Bu baxımdan, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə hərəkətsizlikdə ifadə olunur, inzibati xətanın törədildiyi yer isə fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunur. Belə olan halda, inzibati materialın Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilib baxılması üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında isə göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Belə olan halda, hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi məsələsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar bir məhkəmədən digərinə əsaslandırılmış qərarla göndərilməlidir. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz, şərtsiz olaraq icraatına götürməlidir. Lakin bu, heç də o demək deyildir ki, cinayət işini və ya digər materialı alan məhkəmə aidiyyət qaydaları pozulmuş olsa da belə, həmin işə və ya digər materiala hökmən baxmalıdır, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsi və CPM-in 29-cu maddəsi məhkəmə aidiyyətinin qanunsuz olaraq pozulmasını qadağan edir, həmin norma işin və ya digər materialın göndərildiyi məhkəməyə həmin işi və ya materialı geri qaytarmağı qadağan edir. Ona görə də işi və ya digər materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməlidir. Apellyasiya instansiyası məhkəməsinin sədri öz qərarı ilə həmin işi və ya digər materialı aid olduğu məhkəməyə göndərəcəkdir. İstinad olunan normaların tələblərini, işin faktiki hallarını nəzərə alaraq, belə hesab edirəm ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə hərəkətsizlikdə ifadə olunduğuna, bununla da inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunduğuna görə, işə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən deyil, Şəxs yaşayış yeri olan Saatlı rayonunun yurisdiksiyasının aid olduğu məhkəmə tərəfindən baxılmalıdır. Lakin inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə, özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir, ona görə hesab edirəm ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinin sədrinə göndərilməlidir. Əlavə olaraq nəzərə alınmalıdır ki, Şəxs qeydiyyat ünvanı ilə bağlı fərqli sənədlər mövcud olduğuna görə əlavə araşdırma aparılmış və onun məhz Saatlı rayonunun Bəylər kəndində qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110, 112 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xətaya dair material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1429/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1429/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver