Məhkəmə qərarları › İş №3(007)-1433/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1433/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1433/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokuror köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Bakı şəhəri Nizami rayon prokurorıuğunun 10 mart 2025ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs (VÖEN: **********) ünvan 1 ünvanında özəl tibb fəaliyyəti sahəsində ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilmiş və X3 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında praktik tibb fəaliyyətinə buraxılmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 maddəsi ilə nəzərdə tutulmuş tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi və 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətalarını törətmişdir. Qeyd olunanlar X10, X3, X4 izahatı, lisenziya və əmək müqaviləsinin bildirişi sənədlərlə sübut olunur. Araşdırma zamanı izahatı alınmış X10 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-ni təsis etməklə ünvan 2 ünvanında yerləşən 56.6 kv/m sahəsi olan iaşə obyektində diş həkimi kimi fəaliyyət göstərmişdir. X3 əmək müqaviləsi əsasında qeydiyyatçı vəzifəsində işləmişdir. Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnaməsi və Şəxs MMC-nin ünvan 1 ünvanında özəl tibb fəaliyyəti (stomatologiya, terapevtik staotoloji) ilə məşğul olması ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyası olmuşdur. xx.xx.2024-cü il tarixdə klinikada olarkən qeydiyyatçı Şənlik Xudiyeva ona tanımadığı şəxsin müraciət edərək klinikada sistem qoşmasını xahiş etməsini bildirmişdir. O, etiraz etməmiş və Şənlik Xudiyeva tərəfindən həmin şəxsə kiçik heyət otağında sistem qoşulmuşdur. Qeyd edilən sistemi həmin şəxs özü ilə gətirmiş, sistem damara ineksiya yolu ilə qoşulmuşdur. Şənlik Xudiyeva tərəfindən qeydiyyatçı kimi işə götürülmüş və qeyd edilən sahə üzrə işləmişdir. Araşdırma zamanı izahatı alınmış X3 və X1 Əziz Bilal oğlu ilə oxşar məzmunlu izahat verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdən Şəxs MMC-də “qeydiyyatçı” vəzifəsində işləmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2022-ci il tarixli, EL-813/2022 nömrəli lisenziyadan görünür ki, Şəxs MMC-yə yalnız stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji ilə bağlı işlərin görülməsinə icazə verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb İXM-nin 99.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-dən daxil olmuş material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş xətaların əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını rədd edən halların olmamasıdır. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokuror köməkçisi X5 qərarın dəlillərini müdafiə etmiş və qərar əsasında hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X10 yuxarıda istinad olunan qərarda göstərikən məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tanımadığı bir nəfər şəxs klinikaya gəlmiş, yalvarmışdır ki, “ölürəm, can hayındayam, mənə sistem köçürün”. Həmin şəxsi “Məlhəm” hospitalına göndərmişlər, sonra geri qayıdıb orada sistem qoşmadıqlarını demişdir. Sistem köçürmək üçün lisenziyaları olmadığını bilirdi, lakin həmin şəxs yalvarmışdır ki, ağrıyır, ona görə razılaşmışdır. Tibb bacısı isə kurs keçib, lakin orta ixtisas təhsilli olmamışdır. İnzibati xətaya yol verdiyini etiraf edir, ədalətli qərar qəbul olunmasını, minimum həddə cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin hüquqi şəxs tərəfindən törədilmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən klinikasında özəl tibb fəaliyyəti sahəsində ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilmiş və X3 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda 04 noyabr 2022-ci il tarixdən əmək müqaviləsi əsasında praktik tibb fəaliyyətinə buraxılmışdır. Hansı ki, bu qeyd edilənlər işdə iştirak edən hüquqi şəxsin rəhbərinin izahatı, eyni zamanda əmək müqaviləsi bildirişi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş 30 sentyabr 2022-ci il tarixli, EL- 813/2022 nömrəli lisenziya və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri təyin edilməli inzibati tənbehin həddi müəyyən edilərkən nəzərə alınmalıdır ki, hər iki xətaya görə hüquqi şəxsin altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi, yəni maddələrin sanksiyasında eyni həcmdə tənbeh növü müəyyən edilmişdir. Belə olan halda, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsi mümkün olmadığından, məhkəmə hesab edir ki, hüquqi şəxsin barəsində ümumi həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar