Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1434/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 06 iyun 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə və daxil olmuş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 06 iyun 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, , Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Həmin qərardan X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə daxil olmuş sənədlərə baxaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 06 iyun 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Belə ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1n Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 06 iyun 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: “X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 06 iyun 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1434/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1434/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver