Məhkəmə qərarları › İş №3(007)-1439/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1439/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1439/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə,tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 12 saylı evin 14 saylı mənzilində qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-2968/2018 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulan aliment artırılmış, tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 3.900 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilməyərək, bildirdi ki, Binəqədi Rayon Məhkəməsinə alimentin azaldılması tələbi ilə müraciət etmişdir. Onun iddiası rədd edilmiş və o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bundan əlavə, o, Nizami Rayon Məhkəməsinə aliment borcunun hissə-hissə ödənilməsi barədə müraciət etmişdir və hələki ərizəsinin nəticəsi ona məlum deyil. Həmçinin, iş yerində əmək haqqısı aşağıdır və imkanı olduqca alimenti ödəməyə hazırdır. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-2968/2018 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilməmiş 3.900 manat məbləğində borc vardır. Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borcunu ödəməkdən yayınır və bu da, onun bir tələbkar kimi mənafeyinə ziddir. Borclu ilə o, hətta yığılmış aliment borcundan hər ay ödəmək barədə razılaşsalar da, sonuncu bu vədinə də əməl etməmişdir. O, kirayədə yaşayır, hazırda işsizdir. Buna görə də X5 borclu Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)- 2968/2018 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda aliment üzrə borc 3.900 manat təşkil edir. Borclu Şəxs bu günədək yaranmış 3.900 manat aliment üzrə borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il, saat 17:00dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar