Məhkəmə qərarları › İş №3(007)-1440/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1440/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1440/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, Şəxs, xx xxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, alitəhsilli, subay, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 86 saylı evin 29 saylı mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən “Tərtər” restoranında Dövlət Vergi Xidməti əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş, yəni xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək bildirdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən “Tərtər” restoranında qonaqlıq məqsədilə əyləşmiş, masa arxasında 8 nəfər olmuşlar. Bu vaxt, bir nəfər şəxs onların şəklini çəkmiş, restoran sahibə onların cərimə olunacaqlarını bildirmişdir. Sonradan o, həmin şəxsin Vergi Xidməti əməkdaşı olduğunu bilmişdir. O, həmin şəxsə yaxınlaşaraq dəfələrlə onun şəklini niyə çəkdiyini soruşsa da, sonuncu ona cavab verməmiş, ona arxasını çevirib getmiş, daha sonra isə şəkli niyə çəkdiyini etiraf etmək əvəzinə inkar etmişdir. O, həmin əməkdaşı təhqir etməmiş, sadəcə sualına cavab almaq istəmişdir. Buna görə də, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında Şəxs izahatını və xahişini müdafiə etdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 bildirdi ki, qeyd edilən tarixdə o, Adil və digər şəxslərlə birlikdə “Tərtər” restoranında bir masa arxasında əyləşmişlər. Bu vaxt, bir nəfər şəxs onların şəklini çəkmiş, ofisiant onlara həmin şəxsin vergi işçiləri olduğunu bildirmişdir. Bundan sonra, Adil həmin şəxsə yaxınlaşaraq hansı səbəbdən onların şəklini çəkdiyini dəfələrlə soruşmuşdur. Lakin vergi əməkdaşları ilə onun arasında söhbət normal getsə də, sonradan qışqırıqlar başlamış, əməkdaşlar Adili itələmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin Operativ X5 Nizami rayonu üzrə şöbəsinin rəisi X1 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən “Tərtər” restoranında karantin qaydalarına nəzarət məqsədilə reyd keçirən zaman, masa arxasında əyləşən 8 nəfər şəxsin fotoşəklini çəkən zaman masa arxasında əyləşən şəxslərdən biri yəni Şəxs onlara yaxınlaşaraq etirazını bildirmiş və qurumun adına nalayiq ifadələr işlədərək, Vergi Xidmətini təhqir etmişdir. Bundan sonra onlar Polis şöbəsinə məlumat vermiş və polis əməkdaşları qeyd olunan şəxsi şöbəyə dəvət etmişlər. Şahid qismində dindirilmiş X8 məhkəmədə E.Q.Abdullayevlə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X4 bildirdi ki, Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən “Tərtər” restoranında Dövlət Vergi Xidməti əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş, yəni xırda xuliqanlıq etmişdir. Bundan sonra həmin şəxs şöbəyə dəvət edilmiş və o, sonuncunun şəxsiyyətini müəyyən etdikdən sonra barəsində protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığınıvə onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxscərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar