Məhkəmə qərarları › İş №3(007)-1441/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1441/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1441/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 saylı evin 98 saylı mənzilində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 18 saylı evin 62 saylı mənzilində yaşayan, barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-624/2019 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən cehiz əşyaları - koridor üçün xalça 1 ədəd; mətbəx üçün xalça 1 ədəd; koridor və mətbəx üçün düzbucaqlı ayaqaltı 2 ədəd; mətbəx stolu 1 ədəd; mətbəx stolunun stulları 4 ədəd; soyuducu (Samsung) 1 ədəd; paltaryuyan (Samsung) 1 ədəd; bişirmə paneli (PREL) 1 ədəd; midi soba (PREL) 1 ədəd; ətçəkən maşın (Bosch) 1 ədəd; mətbəx mebeli 1 dəst; mətbəx əşyaları (boşqablar, stəkanlar, nəlbəkilər, qazanlar (alüminium, sirəli, böyük aş qazanı, tefal qazan-4 ədəd, çüyün, süzək), elektriklə işləyən alüminium samovar 1 ədəd, Tefal samovar (su çayniki və dəm çayniki) 1 dəst; ədviyyat qabları, plastik qablar; qaşıq-bıçaq-çəngəl dəsti 6 nəfərlik; mətbəx dəzgahının üstündəki və içindəki əşyalar, qabqurudan, moyka və kran), xrustal qablar; dairəvi podnus; mətbəx pərdəsi; mətbəx kosmetikaları; qonaq otağı üçün xalça 1 ədəd; pərdə (tül və səhnəsil) 1 ədəd; televizor (Samsung) 1 ədəd; divan 1 ədəd; kreslo 1 ədəd; qonaq stolu 1 ədəd; qonaq stolunun stulları 6 ədəd; çilçıraq 1 ədəd; divan və kreslo üstü 1 ədəd; stul üstü 6 ədəd; modem (tp link); pufik 1 ədəd; xalça (düzbucaqlı və dairəvi) 2 ədəd; çilçıraq 1 ədəd; pərdə 1 ədəd; ütü stolu 1 ədəd; taxtlıq komplekt, taxtlıq odeyallar, prostinlər, yastıq üzülər, yorğanüzülər, süfrələr, dəsmallar; taxt döşək 1 ədəd; tək döşək 1 ədəd; ikilik yorğan 1 ədəd; təklik yorğan 1 ədəd; yastıq 3 ədəd; sintifon yastıq 3 ədəd; ütü (Samsung) 1 ədəd; saç feni (Eurolux) 1 ədəd; led işıqlı güzgü 1 ədəd; geyim əşyaları (üst geyim, alt geyimlər və paltarlar); çirkli paltar üçün qab 1 ədəd; plastik stul 1 ədəd; hamam pərdəsi və asılqanı; plastik tərəvəz saxlayıcısı 4 mərtəbəli; yolka (h-180) 1 ədəd; yolkanın oyuncaq və işıqları; pol silən MOP (vedrəsi və özü); xəkəndaz süpürgə dəsti; toy səbəti (göy rəng) 1 ədəd; tozsoran (Samsung) 1 ədəd; servis qablar; bıçaq-qaşıq-çəngəl dəsti 12 nəfərlik; podnus üçlü dəst; səhər yeməyi servisi; xrustal qablar; ayaqqabılar, içi paltarla dolu çemodan, şəxsi paltarlar-özləri; yataq otağı üçün taxt yataq, dolab, tumba 2 ədəd, trümo və ya onlar müəyyən edilmədikdə, yararsız halda olduqda dəyəri kimi 3000 manat pul Şəxs alınaraq, X3 verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 2290 manat 32 qəpik məbləğində ödənilməmiş borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilməyərək, bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-624/2019 saylı qətnaməsi ilə tamamilə razı deyildir. Belə ki, qeyd edilən mebelin qiymətinin 3.000 manat məbləğində olması ekspert rəyi olmadan təyin edilmişdir. Həmçinin məhkəmə qətnaməsi onun iştirakı olmadan baxılmış, bu isə onun qanunverciliklə təyin edilmiş hüquqlarını bir vətəndaş kimi pozmuşdur. Həmçinin Merinos şikrətinin əməkdaşı tərəfindən həmin mebelin yararsız olması barədə bilərək rəy verilmişdir. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X4bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-624/2019 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilməmiş 3.000 manat məbləğində borc vardır. M.Ə.Yusubov müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borcunu ödəməkdən yayınır və bu da, onun bir tələbkar kimi mənafeyinə ziddir. Borclu üzərində olan borcundan yalnız 709 manat 68 qəpik ödəniş etmişdir, dəymiş zərərin qalan hissəsi isə hal-hazıradək ödənilməmiş qalmışdır. Buna görə də X4 borclu Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 624/2019 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda onun borcu 2290 manat 32 qəpik təşkil edir. Borclu M.Ə.Yusubovdan bu günədək yaranmış borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, M.Ə.Yusubovdan yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, M.Ə.Yusubov barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla M.Ə.Yusubovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, M.Ə.Yusubovun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə M.Ə.Yusubovun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, M.Ə.Yusubovun inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il, saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar