Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1445/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Padar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 05 mart 2024-cü il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-1445/2024 nömrəsi saxlanılmışdır. 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində saat 16:00 radələrində Laçın Ticarət Mərkəzinin 3cü mərtəbəsində qızıl piştaxtasının üzərindən X4 məxsus 450 manat dəyərində qızıl klon oğurlamış və bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olacaq hərəkətlərə yol vermiş və ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Respublika Narkoloji Mərkəzdə müayinə olunan zaman onun sidiyindı AMP+, MET+ və OPİ+ aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olacaq hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Laçın Ticarət Mərkəzinə gələrək X2 başının qarışıq olmasından istifadə edərək 1 ədəd qızıl klonu oğurlayaraq qaçıb getmişdir. Rəhimova Çiçəyin əvvəlcədən dəfələrlə cibgirlik etməsinin, oğurluq cinayətini törətməyə görə məhkum edilməsinin nəzərə alınaraq Rəhimova Çiçəyə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Rəhimova Çiçəyin əvvələr narkoloji müalicə aldığını, lakin buna baxmayaraq müalicənin nəticəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, işdə olduğu zaman piştaxtada müştəri var idi və başı müştəriyə qarışmışdı. Bir qadın piştaxtaya yaxınlaşdı, başının qarışıq olmasından istifadə edərək piştaxtanın üzərinə qoyduğu italyan qızılı 750 əyarlı, çəkisi 4,285 qram olan klonu oğurlamışdır. Xanım deyir ki, həmin qızılı 40 manata satmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında özünün xəstə olduğunu, 3 övladının olduğunu, övladlarının heç birinin onu qəbul etmədiyini bildirmişdir. Natkotik asılılığı olduğu üçün oğurluq etdiyini və oğurladlığı qızılı 40 manata 2 dərmana dəyişdiyini bildirmişdir. Həmçinin narkotik aslılığınında olduğu üçün müalicə olunmaq istədiyini bildirərək narkoloji xəstəxanaya göndərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 04 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.
2. 03 mart 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20-də inzibati qaydada tutulmuşdur.
3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından görünür ki, o Bakı şəhəri, Nəsimi rayonu ərazisində müxtəlif ünvanlarda manatlıq deyilən evlərdə yaşayır. xx.xx.2024-cü il tarixdə oğurluq etmək məqsədi ilə Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanında yerləşən “Laçın” ticarət mərkəzində qızıl əşyaları satılan üçüncü mərtəbəyə qalxaraq, bir qədər qeyd olunan mərtəbədə gəzdikdən sonra piştaxtanın birinin üzərindən bir ədəd klonu götürmüş, daha sonra isə onu Nəsimi rayon ərazisində Kubinka deyilən ərazidə qiyabi olaraq tanıdığı lakin adını bilmədiyi şəxsə 40 manata satmış, aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir.
4. 04 mart 2024-cü il tarixli Respublika Narkoloji Mərkəzinin 765 saylı aktından görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidiyində AMP+, MET+ və OPİ+ aşkar edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli 1402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür.
6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından görünür ki, o Oğuz rayonu, Padar kəndində qeydiyyatda olsada Bakı şəhəri, Nəsimi rayonu 28 may metrostansiyası ərazisində müxtəlif ünvanlarda 3 manatlıq deyilən evlərdə yaşamış, təxminən 15 ildir ki, narkotik vasitə qəbul etdiyini bildirərək sonuncu dəfə xx.xx.2024-cü il tarixdə kakos və şüşə adlanan narkotik vasitəni iynə vasitəsi ilə ayağına vurmuşdur. xx.xx.2024-cü il tarixdə o Respublika Narkoloji dispanserə müayinəyə aparılmış və sidiyindən narkotik maddə qəbul etdiyi aşkar edilmişdir.
Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləri tam sübuta yetirilir və törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Həmin Plenum qərarında qeyd edilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İş materiallarına əsasən müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-1444/2024 saylı 05 mart 2024-cü il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-1445/2024 nömrəsi saxlanılmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmalı və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXM-nin 227-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 03 mart 2024-cü il tarixdə saat 19:20-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 36 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 03 mart 2023-cü il saat 19:20-dən hesablansın. Şəxsnun Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva