Məhkəmə qərarları › İş №3(007)-1446/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1446/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1446/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sahə rəisi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xətanı törətməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi tərəfindən tərtib olunmuş material baxılması üçün 05 mart 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayn Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 mart 2024-cü il tarixdə saat 19:40 radələrində Nizami rayonu, Qafqaz küçəsi 35-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin polis sahə rəisi X2 bildirmişdir ki, xx.xx.2024cü il tarixdə DİN 102 xidmətinə çağrış gəldi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə üzvləri bildirdilər ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onları balta ilə vurmaq istəyir. Onlar çağrış yerinə getdikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlində balta var idi, baltanı onun əlindən almışlar. Balta hazırda polis bölməsindədir. Həmin gecə 6 çağrış olmuşdur. Ailə üzvlərinin hər biri qorxu içində idilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz ailə üzvlərini öldürməklə hədələmişdir. Onda həmin baltanın şəkilləridə vardır. Onun barəsində həmin hadisə ilə bağlı təhqiqat aparılır. Ailə üzvləri onların yerinin Şəxs bidirilməməsini xahiş ediblər. Evdə 15-16 yaşlı uşaqları, arvadı, qayınanası, qaynatası da var idi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdə orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Onlar şəxsi polis maşınına əyləşdirmək istəsələr də o, maşına əyləşmək istəməmiş, nalayiq ifadələr işlətmişdir. Maşına əyləşdirdikdən sonra da maşının içərisindən maçına zərər vurmağa başlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, özü xəstədir, qardaşı şəhiddir. Balta onun üstündə olmamışdır, balta evin baltasıdır. Evdən götürmüşdür. Bu əməlləri törətdiyi vaxt içkili omuşdur. O, axşamlar içki içir, ancaq belə hadisə ilk dəfə olmuşdur. Ailə üzvlərinə ziyan vurmaq istəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Nizami RPİ-nin 23-cü PB-nin HK-1/384 saylı təhqiqat materialının icrası ilə aləqadər barəsində araşdırılma aprılan xx.xx.1975-ci ildə Bərdə şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi nömrəsiz evdə kirayə yaşayan Şəxs yaşadığı ünvanda saxlanılaraq polis bölməsinə gətirilən zaman həmin şəxs polisin qanunu tələblərinə tabe olmayaraq özünü nizam intizamsız aparmış, həmin şəxsi dəfələrlə tərəfindən nizam intizama dəvət etsələrdə öz əməllərini davam etdirərək polis əməkdaşlarının ünvanına nalaiq söyüşlər söymüş və avtopatrul avtomobilinə əyləşmək istəməyərək qaçmağa çalışaraq bir daha polisin qanunu tələblərinə tabe olmamışdır.

2. Azərbaycan Respublikası SN “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli “Şərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşu olmuşdur.

3. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 20:45-də tutulmuşdur.

4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından görünür ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində yaşadığı mənzildə ailəsi ilə mübahisə edərkən, içkili olduğu üçün, ailə üzvlərindən biri 102 vasitəsi ilə polis çağırmışdır. Həmin vaxt polis əməkdaşları yaşadığı mənzilə yaxınlaşmış və onu polis idarəsinə dəvət edərək onu 23-cü PB-nə gətirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi polisin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Polisin ifadəsindən görünür ki, Şəxs ictimai yer olan küçədə nalayiq ifadələr işldərək ictimai qaydanı kobud şəkildə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Onun məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən sərxoş halda olmasını, yüngülləşdiriən halların isə müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 04 mart 2024-cü il tarixdə saat 20:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 04 mart 2024-cü il saat 20:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar