Məhkəmə qərarları › İş №3(007)-1449/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1449/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1449/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkəti tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində (5 gün müddətində) məlumat təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:59-da Şəxs Şirkətinin mülkiyyətində olan “Hyundaı Accent” minik markalı ** PD *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs Şirkətindən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında Şəxs Şirkətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusuna cavab olaraq, Şəxs Şirkətinin balansında olan və inzibati xəta törətmiş ** PD *** dövlət qeydiyyat nömrə nişanlı “Hyundaı Accent” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 barəsində müvafiq məlumat xx.xx.2022-ci ildə təqdim olunmuş və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin əmədaşı tərəfindən qəbul edilmişdir. Odur ki, Şəxs Şirkətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb hesab edir ki, Şəxs Şirkətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin nümayəndəsi X3 tərəfindən təqdim olunmuş və inzibati işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs Şirkətinə ünvanlanmış sorğuya cavab olaraq, Şəxs Şirkətinin balansında olan və inzibati xəta törətmiş ** PD *** dövlət qeydiyyat nömrə nişanlı “Hyundaı Accent” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 barəsində müvafiq məlumat xx.xx.2022-ci ildə təqdim olunmuş və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin əmədaşı tərəfindən qəbul edilmişdir. Belə olan halda, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs Şirkətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar