Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-145/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.07.2019-cu il tarixli 2 (007) 2037/2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs 08.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmalıdır. İnzibati işdə olan 26.10.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 20.08.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib olunmuş 11 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsi üzrə Şəxs 2035 manat alimenti X3 ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 08.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədi 26.10.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilməklə müvafiq icra tədbirləri görülmüşdür. Lakin, Şəxs icra sənədi üzrə borcunu ödəmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 08.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. İcra sənədi üzrə 2035 manat borc yaranmış və həmin borcdan Şəxs ona ödəniş etmişdir. Şəxs qarşı şikayəti yoxdur və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsinə əsasən, 08.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ondan iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 2035 manat borc yaranmış və həmin məbləğdən tələbkara ödəniş etmişdir. Hazırda tələbkar S.R. Novruzzadənin ona qarşı şikayətinin olmadığının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, tələbkar X1 ərizəsindən görünür ki, Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2 (007) 3077/2021-ci il tarixli icra vərəqəsi üzrə toplanmış aliment borcundan ona ödəniş etdiyinə görə şikayətinin olmadığını qeyd etmiş və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mərhələdə borclu Şəxs icra sənədi üzrə borcundan tələbkara ödəniş etməsi və tələbkarın şikayətinin olmaması ilə bağlı mövcud hallar Şəxs münasibətdə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 11 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-145/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-145/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver