Məhkəmə qərarları › İş №3(007)-1454/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1454/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1454/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoruCamalov Xəyyam Xalid oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1988-ci ildə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət YolPolisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində,alkoqol sərxoşluğu vəziyyətində, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” markalı, az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Nizami rayonu, Q.Qarayev prospekti istiqamətindən gələrkən qarşıdakı dairəyə avtomaşını vuraraq toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin327.1 və 333.3cümaddələri ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoruCamalov Xəyyam Xalidoğlu məhkəmədə göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində, alkoqol sərxoşluğu vəziyyətində, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” markalı, az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Nizami rayonu, Q.Qarayev prospekti istiqamətindən gələrkən qarşıdakı dairəni görmədiyindən avtomaşını dairəyə vuraraq toqquşmuşdur. Nəticədə Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 02.00 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21011” markalı, az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev prospekti istiqamətindən gələrkən sərxoş olduğundan qarşıdakı dairəni görmədiyindən nəqliyyat vasitəsini dairəyə vuraraq toqquşmuşdur.Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cümaddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cümaddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 1/3182 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cümaddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibaticərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz)manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar