Məhkəmə qərarları › İş №3(007)-1459/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1459/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1459/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində (5 gün müddətində) məlumat təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi” barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın və müəssisənin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və sənədləri əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:57-də «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi”nin mülkiyyətində olan “Hyundaı Sonata” minik markalı, ** JO *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi” dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq olunmuşdur. İnzibati işə əlavə olunmuş poşt xəbərnamələrinin surətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin bildirişi «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi”nə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, inzibati iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: «1 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar