Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1460/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında protokolundan vermiş olduğu şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli elektron məlumatından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunması haqqında bildiriş göndərilmişdir. X4 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında protokolundan məhkəməyə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlərdən biri də, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verildiyi nəzərdə tutulduğu halda, X4 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında protokolundan məhkəməyə şikayət vermişdir. Odur ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında protokolundan X1 verdiyi şikayət geri qaytarılmalı və inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnun olduğu ona izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında protokolundan X1 verdiyi şikayət geri qaytarılsın və inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ ona izah edilsin. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpası haqqında vəsatətlə müraciət etmək hüququ X2 izah edilsin. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1460/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1460/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver