Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1466/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzində saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 02 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, Şəxs 23 dekabr 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus avtomobildən avtomobilin açarlarını və telefonu oğlurlamışdır. Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 02 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, Şəxs 25 fevral 2024-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında “Cız-Bız” kafesində dələduzluq edərək X3 məxsus mobil telefonu ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X7 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxslərin əşyalarının qiymətlərini materiallara əlavə edilmiş rəy vermiş müstəqil qiymətləndirici və onlar da internetdən əldə etmişlər və həmin qiymətlər real satış qiymətləridir. “Samsung A6” markalı mobil telefon isə hazırda satışda yoxdur. Avtomobilin pultu ilə bağlı qiymətləri açar düzəldən mağazadan əldə etmiş və materiallara bununla bağlı qəbz də əlavə etmişlər. Avtomobil pultunun qiymətinin ümumi dəyəri 120-150 manat arasıdır, açarın qabının qiyməti isə 50 manatdır. Həmçinin Şahin tərəfindən zərərçəkmiş şəxs Çingizin 138 manat pulu da oğurlanmışdır. O, zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada iddia qaldırmalarını izah etmişdir. Şahin həbsdən çıxandan sonra zərərçəkmiş şəxslər onunla ünsiyyət yaradar, o da ziyanları ödəyər. Yəqinki elə də edəcəklər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, əşyasının talanması barədə 24-cü Polis Şöbəsinə verdiyi ərizəsində ona 400 manat məbləğində maddi ziyan vurulmasını qeyd etmiş, o, 400 manat pulu istəmir, Şahin telefonu hara satıbsa oradan qaytarıb ona versin.Özü sənətkar adamdır və telefonunun içində onun üçün vacib materiallar vardır. Oğlu gecə-gündüz işləyir ki, telefonun kreditini versin, oğlu işləmiş, o da üzərinə 20 manat qoyaraq telefonun aylıq kreditini vermişlər. Şahinin tutulmağının mənası yoxdur, həbs olunmasın, ailəsinin yanına getsin və ona dəymiş ziyanın ödənilməsini istəyir. Hətta Şahin həbsdən çıxandan sonra onun yanında işləyə də bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, əşyasının talanması barədə 24-cü Polis Şöbəsinə verdiyi ərizəsində ona 488 manat məbləğində maddi ziyan vurulmasını qeyd etmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarda ona dəymiş ziyan kimi göstərilən 488 manatla razıdır və Şahin dəyən zərəri qanunla müəyyən edilmiş qaydada hissə-hissə də olsa ödəsin. Şahin onun telefonu ilə taksilər sfariş vermiş, sifariş verdikdən sonra qaçıb getmişdir. Ümumiyyətlə 80 manata telefon heç yerdə yoxdur. Şahin hazırda 2 şəxsdən oğurluq etmişdir, yetim deyil və atası da vardır. Zərər məbləğini də ödəməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd etmişdir ki, əməlindən peşmandır, psixoloji problemləri var, müalicə aldığı üçün həkimi ona işləməyə icazə vermir. O, zərərçəkmiş şəxs Çingizin ancaq avtomobilinin açarını və telefonunu götürmüş, onun pulunu götürməmişdir. Orada ümumiyyətlə pul olmamışdır. Telefon və avtomobilin açarı üçün dövlətin qiymətləndirdiyi 220 manat dəymiş ziyan məbləğini ödəyəcəkdir. Hətta həbsdən çıxandan sonra telefonu alıb verə də bilər. O, 138 manat pulu oğurlama hissəsində qəbul etməsə də, Çingizin ehtiyacı varsa ona kömək edə bilər. O, həmçinin bildirmişdir ki, digər zərərçəkmiş şəxs Qabil onun rəhmətlik dostunun kəndçisidir. O, Qabil üçün telefonunun yaxşı vəzyyətdə olan işlənmişini alıb verə bilər. Qabilin “Redmi 12” markalı telefonunu 100 manata satmış, lakin telefonu satdığı yeri tanımır. Həmçinin, Ailə münaqişələri ilə bağlı İXM-nin 157-ci maddəsi, CM-nin 177-ci maddəsi ilə barəsində işlər olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Namiq İsmayılovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nizami RPİ-nin 24-cü PŞ-nə təqdim edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Namiq İsmayılovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddələsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi Elçin İslamovun xx.xx.2024-cü il tarixli raportlarından görünür ki, sözügedən materiallar üzrə oğurluq əməlini törətmiş Şəxs müəyyən edilmişdir. - İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmışdır - İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. - “Tap.az” internet saytından əldə edilmiş məlumatlardan görünür ki, “Toyota Prius” markalı avtomobilin açarının qiymətinin 50-120 manat arası, “Samsung Galaxy A6 (2018)” markalı telefonun qiymətinin 80-125 manat arası, “Redmi 12” markalı telefonun qiymətinin 325 manat olması müəyyən edilmişdir. - X1 (VÖEN: **********) xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Samsung A6” markalı mobil telefon aparıtının yeni istehsal olunmadığı üçün hazırki işlənmiş vəziyyətdə olan satış qiyməti 80-100 manat civarında təşkil edir. - X1 (VÖEN: **********) xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Redmi 12” markalı, 4GB RAM/128GB həcmli mobil telefon aparıtının hazırki satış qiyməti 310 manat, istifadə olunmuş qiyməti isə 150-200 manat civarında təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş və onlarla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənləri onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, onun irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 01 mart 2024-cü il tarixdə saat 12:00-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 01 mart 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-1466/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1466/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver