Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1468/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin baş təhqiqatçısı Rəşad Məmmədov tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, özünə məxsus “Toyota Prado” markalı, az ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin sındırılaraq avtomobilin salonunda içərisində avtomobilə məxsus sənədlər, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 200 manatdan çox pul və bank kartları olan pul kisəsinin, video qeydiyyatçının, mobil telefonu enerji mənbəyinə qoşmaq üçün qurğunun, bir ədəd bıçaq və alışqanın oğurlanması faktı üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasnda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X7 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Toyota Prado” markalı, az ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin sındırılaraq avtomobilin salonunda içərisində avtomobilə məxsus sənədlər, Zərərçəkmiş şəxs məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 200 manatdan çox pul və bank kartları olan pul kisəsinin, video qeydiyyatçının, mobil telefonu enerji mənbəyinə qoşmaq üçün qurğunun, bir ədəd bıçaq və alışqanı oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixə keçən gecə yaşadığı evin qarşısında saxladığı özünə məxsus “Toyota Prado” markalı, az ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq şüşəsinin sındırılaraq nəqliyyat vasitəsinin salonunda içərisində avtomobilə məxsus sənədlər, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 200 manatdan çox pul və bank kartları olan pul kisəsinin, video qeydiyyatçının, mobil telefonu enerji mənbəyinə qoşmaq üçün qurğunun, bir ədəd bıçaq və alışqanı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır və bu barədə o ərizə ilə Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə müraciət etmişdir. Özünə məxsus rəsmi sənədlər, yəni özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri Şəxs tərəfindən ona qaytarılmışdır. Hadisə nəticəsində ona 450 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, əməlindən peşmandır. 19 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixə keçən gecə M.Ağayev küçəsində ağ rəngli “Toyota Prado” markalı avtomobilin dayandığını görmüş və həmin nəqliyyat vasitəsində qabaq sərnişin oturacağının üzərində pul kisəsini görərək, avtomaşından oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün yerdən daş parçası götürərək həmin avtomobilin qabaq sağ qapısının şüşəsini sındırmış və avtomobildə qeyd olunan pul kisəsini, video qeydiyyatçını, mobil telefonu enerji mənbəyinı qoşmaq üçün qurğunu, bir ədəd cib bıçağını və alışqanı götürmüşdür. Oğurladığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş və yerdə qalan əşyaları isə yaşadığı evə apararaq orada saxlamışdır. Hadisə nəticəsində dəymiş ziyanı ödəməyə bilməyi üçün ona vaxt verilməsini və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 iyun 2022-ci il, saat 21:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20 iyun 2022-ci il, saat 21:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov İş № 3(007)-1357/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ 06 iyun 2022-ci il Bakı şəhəri Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxır. Məhkəmə iclası saat 17:15-də açıldı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılmış şəxslərdən kimin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X8 və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Şöbəsinin sahə inspektoru X7 məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Zərərçəkmiş şəxs: X8, xx.xx.1981-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin Polis sahə inspektoru: X7, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Şöbəsinin polis sahə inspektoru vəzifəsində işləyən, Sədrlik edən hakimi və katibi elan edir. Hakim Əhmədov Rauf Tağı oğlu. X11 Bəxtiyar oğlu. Sədrlik edən proses iştirakçılarından hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə AR İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur. Məhkəmədə hüquqlarımı özüm sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işimə baxılmasını xahiş edirəm. Sədrlik edən zərərçəkmiş şəxsə AR İXM-nin 62-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Zərərçəkmiş şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sualcavabı -İnzibati protokolla tanış olmuşam. Törətdiyim əməldən peşmanam. Sədrlik edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən proses iştirakçılarından etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən tərtib edilmiş inzibati protokol ilə əlaqədar izahat üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X1 verir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X2 izahatı: Hörmətli hakim! Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində “Redmi Note 7” markalı mobil telefonu oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini məhkəmədən xahiş edirəm. Polis sahə inspektoruna sual olmadı. Sədrlik edən zərərçəkmiş şəxs X5 izahat üçün söz verir. Zərərçəkmiş şəxs X3 izahatı: - Hörmətli hakim! 03 iyun 2022-ci il tarixdə oğlum X6 istifadəsində 450 manat dəyərində “Redmi Note 7” markalı mobil telefonu Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti Neftçılər metrosunun çıxışında “Playstation” oyun zalından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır və bu barədə mən ərizə ilə Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə müraciət etdim. Hadisə nəticəsində mənə 450 manat maddi ziyan dəyib. Zərərçəkmiş şəxsə sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - Hörmətli hakim! Mən, bu oğurluğu maddi imkanım olmadığından törətdim və əməlimdən peşmanam. Mən, Zərərçəkmiş şəxs dəymiş olduğu 450 manat məbləğində maddi ziyanı birdəfəlik ödəyə bilməsəm də, mənə ödəniş edə bilməyim üçün müəyyən vaxt verilməsini və barəmdə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik elən iş materiallarını elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Qərardan şikayət və protest vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 06 iyun 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(007)-1468/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1468/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver