Məhkəmə qərarları › İş №3(007)-1468/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1468/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1468/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi, qərardan şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və onun əsasında qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından qərarından şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən inzibati protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul olunmuş qərara görə 1000 manat inzibati cərimə olunmuşdur. O, həmin inzibati xətanı törətməmiş, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməmişdir. Lakin heç bir əsas və sübut olmadan barəsində inzibati protokol tərtib edilmiş, həmin protokol tam əsassız və qanunsuz olduğuna baxmayaraq inzibati xəta haqqında araşdırma aparmadan onun hüquqları kobud şəkildə pozularaq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu, onun həm konstitusion, həm də digər hüquqlarının kobud pozulmasıyla tərtib olunmuş inzibati protokol və qəbul olunmuş qərardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarı və həmin qərarın qəbul olunmasına əsas olan 05 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Törətmədiyi inzibati xətayla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuş, heç bir əsas və sübut olmadan qanunsuz və əsassız inzibati protokol tərtib olunmuş və qərar qəbul olunmuşdur. O, heç bir inzibati xəta törətməmiş və bunu sübut edəcək heç bir hal yoxdur. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv olunmalı və həmin qərarın qəbul olunmasına əsas olan 05 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməlidir. 05 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Goranboy rayon Goran qəsəbəsinin ərazisində atışa hazır vəziyyətdə və ov tulası ilə ov üçün əlverişli olan qamışlıq və kollluq ərazidə tüfəngdən atəş açmaq və quşları və heyvanları izləmək aşkar edilmişdir. Nəticədə İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 19 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarda qeyd edilmişdir ki, tərəfindən lazımi icazə sənədi olmadan atışa hazır vəziyyətə gətirilmiş açıq şəkildə ov tüfəngi və ov tulası ilə quşları və heyvanları izləyərək atəş açmaqla ov qaydalarının kobud şəkildə pozulması faktı müəyyən edilmişdir. Nəticədə İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə protokol və onun əsasında qəbul edilmiş qərar bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, protokolda Goranboy rayon Goran qəsəbəsinin ərazisində atışa hazır vəziyyətdə və ov tulası ilə ov üçün əlverişli olan qamışlıq və kollluq ərazidə tüfəngdən atəş açmaq və quşları və heyvanları izləmək aşkar edilməyi qeyd edildiyi halda qərarda lazımi icazə sənədi olmadan atışa hazır vəziyyətə gətirilmiş açıq şəkildə ov tüfəngi və ov tulası ilə quşları və heyvanları izləyərək atəş açmaqla ov qaydalarının kobud şəkildə pozulması faktı müəyyən edildiyi göstərilmişdir. Halbuki, qeyd edilən fakt müəyyən edilməmiş, müəyyən edilmiş olsa da belə həmin fakt əsasında İXM-in 272.3-cü maddəsi ilə inzibati icraat başlanıla bilməzdi. Çünki ov mövcud olmadığından həmin fakt inzibati icraat başlanması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispozisiyasından görünür ki, ov qaydalarının kobud şəkildə pozulmasına, yəni lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati tənbeh tətbiq edilir. Əməlin həmin normanın təsir dairəsinə düşməsi üçün faktiki olaraq ov edilməli, real olaraq ov mövcud olmalıdır. Lakin, heç bir ov edilməmişdir. Ov edilmədiyi halda isə həmin inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Onun tərəfindən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) törədilməmişdir. Nəticə etibarilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qanunsuz və əsassız olmuşdur. İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi, yəni inzibati xətanın törədilmiş olması müəyyən edilməlidir. İnzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən icraat başlandığından, onun tərəfindən isə qeyd edilən əməl törədilmədiyindən hazırkı halda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İXM-in 272.3-cü maddəsi ilə qərar qəbul etmək səlahiyyəti də yoxdur. Belə ki, İXM-in 43.1-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Məhkəmə iclasında X1 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, özü Ovçular Birliyinin üzvüdür, Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 1207 nömrəli şəhadətnaməyə əsasən 12 kalibrili “Huqlu Veynon” tipli odlu silahı var və rayona getdikdə silahı da özü ilə birgə aparır. xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsinin ərazisində ov tulasına təlim keçmək üçün silahı hazır vəziyyətə gətirmiş, lakin güllə atmamış, ov etməmişdir. Məqsədi yalnız ov tulasına təlim keçmək olmuşdur. Barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Odur ki, protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, inzibati xəta haqqında iş üzrə araşdırma obyektiv aparılmış, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunmuşdur. Belə ki, əməkdaşı olduğu idarənin əməkdaşları tərəfindən 05 yanvar 2023-cü il tarixdə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisindən keçən hissəsində, yolun sol hərəkət istiqamətindəki qamışlıq və kolluq ərazidə ov edilməsi ilə bağlı məlumat əsasında keçirilmiş reyd zamanı qamışlıq və kolluq ərazidə 2-3 saniyə əsasında 2(iki) dəfə atəş səsi eşidilmiş, atəş səsi gələn hissədən havaya quşların uçduğu müşahidə edilmiş, həmin istiqamətə getdikdə orada 2 nəfər şəxsin əllərində ov tüfəngi və yanlarında ov tulası ilə ilə ərazidə hərəkət etdikləri aşkar edilmişdir. X3 silahına baxış kçeirilən zaman həmin silahın atəşə hazır vəziyyətdə olduğu və içərisində 4 ədəd patronun olduğu müəyyən edilmişdir. Sözügedən reyd zamanı qanunsuz ov etmə barədə müvafiq akt tərtib edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilərək, X5 barəsində cərimə tətbiq edilmişdir. Belə ki, X2 atəşə hazır vəziyyətdə 1 ədəd “Huqlu” markalı № 19-V-1724 nömrəli, 12 kalibrli ov silahı, 4 ədəd dolu patron, yanında 1 ədəd ov tulasının aşkar olunması biləvasitə onu göstərir ki, X5 quş izləməklə qanunsuz olaraq ev etmişdir. Həmçinin həmin ərazi ov üçün nəzərdə tutulmamışdır. Hadisə yerində fotoşəkillər çəkilmiş və həmin fotoşəkillərdən də aşkar görünür ki, Elsevər Məmmədovun üzərində ov silahı olmuşdur. Həmin şəxsin ov etmək üçün lazımi icazəsi olmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatından görünür ki, 05 yanvar 2023-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsi ərazisində idarə etdikləri avtomaşını saxlayıb düşmüş, üzərində ov silahı olmuş və həmin ov silahının içərisində, yəni “patron yuvası”nda patron olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş 05 yanvar 2023-cü il tarixdə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfində keçirilmiş reyd zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, X4 qoşa lüləli ov silahı olmuşdur. İş materiallarına əlavə edilmiş 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 05 yanvar 2023-cü il tarixdə daxil olmuş şifahi məlumat əsasında Goranboy rayonu Goran qəsəbəsinin ərazisindən keçən Bakı-Qazax avtomagistral yolunun sol kənarında reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı X4 hazır vəziyyətə gətirilmiş ov tüfəngi, 4 ədəd patron aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmununa görə - Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmçinin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinin məzmununa əsasən - ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 2.1-ci bəndinin məzmununa əsasən - Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinin tələbinə görə, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İşin faktiki hallarından müəyyən edilir ki, 05 yanvar 2023-cü il tarixdə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı X3 üzərində ov silahının olması, həmin ov silahının hazır vəziyyətə gətirilməsi və patron yuvasında dörd ədəd patronun olması və yanında ov tulasının olması quşların “izlənməsi” kimi başa düşülür ki, bu hal da yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən “ovçuluq” fəaliyyətidir. Eyni zamanda sözügedən ərazi ov edilməsi üçün nəzərdə tutulmamışdır və Elsevər Məmmədovun həmin növ quşları ov etmək üçün xüsusi icazəsi olmamışdır. Həmçinin of tüfəngi ilə ov ərazisində olmaq ova bərabər fəaliyyət hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlinin Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar