Məhkəmə qərarları › İş №3(007)-147/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-147/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-147/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 12 fevral 1956-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X1, Bakı şəhəri DYPİ-nin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri DYPİ-nin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2021-ci il tarixdə saat 08:49-da Nizami rayonu M.Əliyev küçəsində “DAEWOO DAMAS” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirili bilinərək 400 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, şikayət təmin edilmiş və xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, inzibati iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və yeni məhkəmə baxışına qaytarılmışdır. G.H.Məmmədov şikayəti onunla əsaslandırmışdır ki, 27 yanvar 2021 -ci il tarixdə saat 11-12 radələriııdə “Gəncə təndiri'’ çörəkbişirmə sexinə məxsus “DAEVOO DAMES” markalı 9Q-LO-626 qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Nizami rayonu ərazisində hərəkət edərkən Bakı şəhər DYPİ-nin əməkdaşları (498 sayı avtomobil) tərəfindən saxlanılmışdır. Əməkdaşlar özlərini təqdim etmədən sənədlərini tələb edib götürdükdən sonra spirtli içki qəbul edib-etmədiyimi soruşmuşlar. 26 yanvar 2021-ci il tarixdə nahar fasiləsi zamanı 100 qram araq içdiyini bildirmişdir. Ona heç bir narahatçılıq olmadığını bildirərək, protokol tərtib edib 26 yanvar 2021-ci il tarixdə spirtli içki qəbul elməyini qeyd edərək imza etməyini tələb edib, beş dəqiqə sonra onu buraxacaqlarını bildirmişlər. Həmin protokol həkim narkoloqun sərxoşluq barədə rəsmi rəyi alınmadan qanunsuz olaraq DYP əməkdaşları tərəfindən tərtib olunmuşdur. Onlara inanıb dedikləri kimi protokola qeyd edib imza etmiş, DYP əməkdaşları avtomaşını “Koroğlu” metro stansiyasının yanında yerləşən cərimə meydançasına gətirib yenidən narahatçılıq yoxdur deyib 5-10 dəqiqədən sonra avtomaşını və onu byraxacaqlarına söz vermişlər. Təxminən 20 dəqiqədən sonra cərimə meydançasının əməkdaşına getmək istədiyini bildirib aviomaşının açarını tələb etdikdə, sonuncu DYP əməkdaşlarının sərxoşluq barədə haqqında protokol tərtib etdiklərini və avtomaşını Bakı şəhər YPİ-nin inzibati binasındakı 20 saylı otaqdan icazə sənədi verildikdən sonra buraxa biləcəyini demişdir. Aldadıldığını başa düşərək DYP-nin qanunsuz hərəkətləri barədə DİN-nin “102’’ xidmətinə məlumat vermiş və dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloyi Mərkəzinə gedərək tibbi müayinədən keçmişdir. Tibbi müayinə barədə 2/965 saylı 27 yanvar 2021-ci il tarixdə saat 14:20-də tərtib olunmuş protokolla spirtli içki qəbul etmədiyi və ayıq olmağı müəyyən olunmuşdur. Tərtib edilmiş protokol və toplanmış sənədlər barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün Nərimanov rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, məhkəmənin 19 fevral 2021-ci il tarixli qərardadı ilə inzibati işə baxılmadan toplanmış sənədlər natamam şəkildə tərtib olunduğundan geri Bakı şəhər DYPİ-nə qaytarılmışdır. Bu xüsusatlar bir daha DYPİ-nin əməkdaşlarının barəsində tərtib etdikləri protokolun və onun əsasında qəbul edilmiş qərarın qanunsuz olduğunu təsdiq etmişdir. Bundan sonra 08 aprel 2021-ci il tarixdə İXM-nin 329.1 və 333.1 maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməyi barədə qəbul olunmuş 08 aprel 2021-ci il tarixli TR ******* saylı qərarın surəti ona təqdim olunmuşdur. Həmin qərardan verdiyi şikayətə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2021-ci tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq iş baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə yenidən İXM-nin 329.1 və 333.1 maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsi barədə qəbul olunmuş TR ******* saylı qərarın surəti ona təqdim olunmuşdur. Həmin qərarın qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını verilmiş şikayətlə əlaqəli araşdırıb hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri DYPİ-nin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş araşdırılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X1 xx.xx.2021-ci il tarixdə saat 08:49-da Nizami rayonu M.Əliyev küçəsində “DAEWOO DAMAS” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozması və sərxoş halda idarə etməsi haqqında xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin, G.H.Məmmədov tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 2/965 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolunda onun ayıq olduğu və alkoqol qəbulu əlamətləri olmadığı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, G.H.Məmmədovun xx.xx.2021-ci il tarixdə saat 08:49-da Nizami rayonu M.Əliyev küçəsində “DAEWOO DAMAS” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olması faktına dair inzibati orqan müayinə sənədlərini təqdim etmədiyinə görə, G.H.Məmmədovun xx.xx.2021-ci il tarixdə saat 08:49-da Nizami rayonu M.Əliyev küçəsində “DAEWOO DAMAS” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə qəti qənaətə gəlmək mümkün deyil və G.H.Məmmədovun xx.xx.2021ci il tarixdə alkotestr və sərxoşluq vəziyyətinin müayinəsindən keçirilməməsinə əsaslı şübhələr vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Məhkəmə hesab edir ki, G.H.Məmmədovun sərxoşluq vəziyyətinin müayinəsinin hal şahidlərinin iştirakı ilə aparılmasına dair protokolun mövcud olub olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, G.H.Məmmədovun xx.xx.2021-ci il tarixdə saat 08:49-da Nizami rayonu M.Əliyev küçəsində “DAEWOO DAMAS” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə sübutlar kifayət etmədiyindən yekun nəticəyə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş araşdırılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. X1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş araşdırılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar