Məhkəmə qərarları › İş №3(007)-147/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-147/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-147/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Hüquqi şəxs olan Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyatr Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar aidiyyatı üzrə yanlış rayon məhkəməsinə ünvanlanmışdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş vergi ödəyicilərinin məlumatları haqqında çıxarışdan görünür ki, hüquqi şəxs olan Şəxs MMCnin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205-dir. Qeyd edilməlidir ki, Şəxs MMC-nin hüquqi ünvanı Nizami rayonu ərazisində deyil, Yasamal rayonu ərazisində olduğu üçün hazırki inzibati xəta hadisəsi hərəkətsizliklə törədildiyindən inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilməli və Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyatr Nazirliyinin Tabeliyində Azərbaycan X1ytarılmalı, həmçinin izah edilməlidir ki, natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyatr Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyatr Nazirliyinin Tabeliyində Azərbaycan X1ytarılsın. Mövcud natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında materialın baxılması üçün ərazi aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə göndərilməsi izah olunsun. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar