Məhkəmə qərarları › İş №3(007)-1471/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1471/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1471/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X12” MMC-nin nümayəndəsi X1, nümayəndəsi və vəkili-“A.İ.M” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, “X13” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X13” MMC barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində körpünün üzərində xx.xx.2020-ci il tarixdə saat 10:30da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə “X13” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5 inziabti xəta haqqında protokolda qeyd edilənlərə uyğun izahat verərək “X13” MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13” MMC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli protokolun tərtib edilməsində onların səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, lakin protokolda göstərilmişdir ki, nümayəndələri protokolu imzalamaqdan imtina etmişdir. Eləcə də digər pozuntulara yol verilmişdir. Həmin əsaslarla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X12” MMC-nin nümayəndəsi və vəkili X6 digər nümayəndənin dəlillərini müdafiə edib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılması üçün geri qaytarılmalıdır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X7 tərəfindən “X13” MMC-nin barəsində tərtib olunmuşdur. Protokolda MMC-nin nümayəndəsinin izahat verməkdən, protokolu imzalamaqdan və surətini almaqdan imtina etdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları və məhkəmə tədqiqi ilə müəyyən olunur ki, baxılan iş üzrə inzibati icraat zamanı “X13” MMC-nin müvafiq səlahiyyət verilmiş nümayəndəsinin iştirakının təmin edilməsini təsdiq edən hər hansı sübut əldə edilməmiş, protokolun tərtibi zamanı izahat verməkdən, protokolu imzalamaqdan və surətini almaqdan imtina etdiyi iddia edilən şəxsin həqiqətən MMC-nin nümayəndəsi olması, şəxsiyyəti, səlahiyyəti müəyyən edilməmiş, bunu təsdiq edən sənədlər işə əlavə edilməmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməmiş, bu izahat və mülahizələr protokola əlavə olunmamışdır. Belə olan halda, qanunvericiliyin tələbinin həmin hissədə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İş materiallarına inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübut qismində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində körpünün üzərində açıq məkanda reklam yerləşdirilməsini təsdiq edəcək fotoşəkillər əlavə edilmişdir. Qəbul edilsədə ki, reklamın yerləşdirilməsinə dair fotoşəkillər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X13” MMC-yə məxsus olmuşdur, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinin məhz inzibati xəta haqqında protokolda qeyd edildiyi xx xxxxxxxx 2020-ci il tarixində aşkar edildiyini təsdiq edəcək sübut işə əlavə edilməmiş, məhkəmədə işə baxılarkən də təqdim olunmamışdır. İşdə olan “Açıq məkanda reklam yerləşdirilməsinə icazə”dən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən “X13” MMC-yə xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Rüstəm Rüstəmov küçəsində Körpüüstü ünvanında 12.00 * 2.00 m ölçüdə, 24.00 kv.m sahədə 1 ədəd reklam yerləşdirməsinə icazə verilmişdir. Buna görə açıq məkandakı reklamın fotoşəkillərinin icazə verilmiş xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə deyil, məhz inzibati xətanın aşkar olunduğu xx xxxxxxxx 2020-ci il tarixində çəkildiyinə dair sübut olmadığından, bu fotoşəkillər İXM-nin 75-ci maddəsində müəyyən edilmiş sübut qismində qəbul edilərək qiymətləndirilə bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, protokolun tərtib edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati araşdırma orqanının gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, habelə, inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur, inzibati xəta haqqında protokol və işin digər materialları İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamışdır. Ona görə məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılarkən həmin halların tamamlanması mümkün olmadığından inzibati xətalar haqqında protokol və ona əlavə edilən sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə zəruri olaraq qeyd edir ki, həmin hallar məhz işə tərəflərin iştirakı ilə mahiyyəti üzrə baxılarkən aşkar olunmuş, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilməmişdir, ona görə inzibati xətalar haqqında protokol və ona əlavə edilən sənədlər onu tərtib etmiş orqana işin baxılmağa hazırlanması zamanı qaytarılmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X13” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair iş üzrə icraata baxılmasına xitam verilsin və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar