Məhkəmə qərarları › İş №3(007)-1473/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1473/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1473/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, dadıyev Fərahim Balaş oğlunun iclas katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-600/2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən X3 xeyrinə 5792 manat əmək haqqı məbləği 50 manat mediasiya xərci, 40 manat hüquqi xidmət göstərilməsi ilə bağlı xərc daxil olmaqla ümumilikdə 5882 manat vəsaitin tutulması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-1796/2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı gajıyev ganbarın xeyrinə 5532 manat pul və 50 manat maddi ziyanın "xxxx" MMC-dən tutulması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-1803/2023 saylı icra vərəqəsinə əsasən 20054 manat məbləğində pul, 50 manat mediasiya xərci, hüquqi yardım üçün ödənilmiş 170 manat pulun "xxxx" MMC-dən tutulub X1 ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)912/2023 saylı icra vərəqəsinə əsasən 338.73 manat əməh haqqı əmək haqqının gecikdirilməsinə görə 812.95 manat ödənc və 50 manat mediasiya xərcinin "xxxx" MMC-dən tutulub X2 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Lakin, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyən üzərinə Şəxs qoyulmuş həmin vəzifəni icra etməmişdir. Borclu icra vərəqəsində və qərardadda göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X8 bildirdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22(007)-600/2023, 2(007)-1796/2023, 2(007)-1803 2(007)912/2023 saylı icra vərəqələri üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Lakin uzun müddət keçməsinə borclu icra sənədlərini icra etmir. Qeyd olunanların məhkəmə tərindən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-600/2023cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən X3 xeyrinə 5792 manat əmək haqqı məbləği 50 manat mediasiya xərci, 40 manat hüquqi xidmət göstərilməsi ilə bağlı xərc daxil olmaqla ümumilikdə 5882 manat vəsaitin tutulması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-1796/2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı gajıyev ganbarın xeyrinə 5532 manat pul və 50 manat maddi ziyanın "xxxx" MMC-dən tutulması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-1803/2023 saylı icra vərəqəsinə əsasən 20054 manat məbləğində pul, 50 manat mediasiya xərci, hüquqi yardım üçün ödənilmiş 170 manat pulun "xxxx" MMC-dən tutulub X1 ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)912/2023 saylı icra vərəqəsinə əsasən 338.73 manat əməh haqqı əmək haqqının gecikdirilməsinə görə 812.95 manat ödənc və 50 manat mediasiya xərcinin "xxxx" MMC-dən tutulub X2 xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-ci il tarixli “icraata başlamaq” haqqında qərarlarından görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. Şəxs icra sənədində göstərilən tələbin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə İcra İdarəsinə dəvət edilmiş və icra sənədi üzrə tələbi icra etməsi, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq oluncağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. X7 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar