Məhkəmə qərarları › İş №3(007)-1474/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1474/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1474/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədbəyov küçəsi ev 27A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06:52-də Mərdəkan yolunda “Hyundai Sonata minik” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, hazırkı işlə bağlı Xəzər rayonunda yerləşən Mərdəkan yolunda saxlanıldığı halda işə Nizami Rayon Məhkəməsində baxılmasının səbəbi ona aydın deyil. Bundan başqa onun qeydiyyat və yaşayış yeri də Xəzər rayonunun ərazisində yerləşir. Hesab edir ki, hər iki əsasla iş aidiyyəti üzrə göndərilməlidir. İnzibati işin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ Dövlət X1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə həmin orqanınnümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aidiyyət qaydaları pozulduğu üçün iş aidiyyəti məhkəməyə göndərilməlidir. İşdə olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx xxxxxx 2020-ci il tarixli 01638 nömrəli protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta hadisəsi Mərdəkan yolunda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Göründüyü kimi, inzibati xəta hadisəsinin törədildiyi yer barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi məlumat, yuxarıda istinad edilən protokolla öz təsdiqini tapır. Ona görə hazırkı işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxıla bilməz, işə onun törədildiyi yer üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həmin hal müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, işə baxılma mərhələsində bu hal aradan qaldırılmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, İXM-nin 110.1 və 110.3-cü maddələrinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə baxıla bilər. Hansı ki, Şəxs aidiyyət məsələsini mübahisələndirməsindən başqa, işə onun yaşadığı yerin məhkəməsində baxılması ilə bağlı da vəsatət vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün, hazırkı inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 110, 112, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar