Məhkəmə qərarları › İş №3(007)-1476/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1476/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1476/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X3, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2 (007) 3869/2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 11.400 (on bir min dörd yüz) manat pul vəsaiti iddiaçı X1 xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş 05 may 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2 (007) 3869/2018-ci il tarixli icra sənədi üzrə Şəxs 11.400 (on bir min dörd yüz) manat pul vəsaitini X2 ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2 (007) 3869/2018-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 11.400 manat pul vəsaitini tələbkar X2 ödəməlidir. İcra sənədi 08.04.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmiş və müvafiq icra tədbirləri görülmüşdür. Lakin, xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Şəxs icra sənədinin icrasından yayınmış və borcu maddi imkanının olmaması ilə əlaqədar ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2 (007) 3869/2018-ci il tarixli icra vərəqəsinə görə borclu Şəxs ona 11.400 manat pul vəsaiti ödəməlidir. Həmin məbləğdən Şəxs tərəfindən müəyyən məbləğdə ona ödənişlər edilmiş, hazırda ödənişlə əlaqədar Şəxs qarşı heç bir tələbi yoxdur və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2 (007) 3869/2018-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X2 11.400 manat pul vəsaiti ödəməlidir. Həmin məbləğdən T.Y.Seyidova 1300 manat ödəmiş və 5700 manatın müqabilində isə tələbkarın işçisinə beton vermişdir. Hazırda ödənişlə əlaqədar T.Y.Seyidovun ona qarşı heç bir tələbinin olmadığının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə zamanı borclu Şəxs tərəfindən tələbkar X2 müəyyən məbləğdə ödəniş edildiyi və ödənişlə əlaqədar tələbkarın heç bir tələbinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki mərhələdə borclu Şəxs icra sənədi üzrə müvafiq məbləğdə tələbkara ödəniş etməsi və tələbkarın şikayətinin olmaması ilə bağlı hallar onun icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 05 may 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar