Məhkəmə qərarları › İş №3(007)-1476/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1476/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1476/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Pİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Goran qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs, barəsində Bakı şəhər Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı,polis baş leytenantı Coşqun Qədiməliyev tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış HK-1672 saylı araşdırma materialı üzrə Şəxs münasibətdə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Pİ-nin 24-cü PŞ-nin sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 23 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı X5 ilə mübahisə zamanı onu döyərək xəsarət yetirmiş,sonuncunun mobil telefonunu sındırmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci madəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin 24-cü PŞ-nin sahə inspektoru X6 izahatında göstərmişdir ki, X2 müraciəti əsasında Bakı şəhər Nizami RPİ-nin 24-cü Polis Şöbəsində araşdırma aparılmış və toplanmış HK-1672 saylı araşdırma materialları ilə Şəxs xx.xx.2022-ci il tarixdə X3 yaşadığı ünvanda döyməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, X5 ilə 17 ildir ki, rəsmi olaraq evlidirlər. Evlilikdən Nihad və Nahid adlı övladları dünyaya gəlmişdir. xx.xx.2022-ci il tarixdə kirayədə yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 38, mənzil 3 üvanında olduğu zaman siqaret almağa pulu olmadığı üçün Sahilədən pul istəmiş, o isə pulunun olmadığını ona bildirmiş, bu səbəbdən aralarında anlaşılmazlıq yaranaraq mübahisə baş vermişdir. Mübahisə zamanı oğlu Nihada mobil telefon oynamağını qadağan etdiyi halda mobil telefonda oyun oynadığı üçün görüb əsəbləşmişdir. Bu səbəbdən də Nihadın əlində olan arvadı Sahiləyə məxsus “Samsung A51” markalı mobil telefonu götürüb yerə vuraraq sındırmışdır. Təxminən 10 gün bundan əvvəl mübahisə etdiyi zaman arvadı və kiçik oğlu Nihadı döymüşdür. Lakin xx.xx.2022-ci il tarixdə etdikləri mübahisə zamanı o heç kimi döyməmiş, sadəcə olaraq mobil telefonu sındırmışdır. Hazırda etdiyi əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki,Şəxs ilə 17 ildir ki, evlidilər.Bu evlilikdən Nihad və Nahid adlı övladları dünyaya gəlmişlər. Rəşad ilə evləndikləri gündən bu günə qədər aralarında tez-tez mübahisələr baş vermiş, mübahisə zamanı sonuncu onu döyərək bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. xx.xx.2022-ci il tarixdə yaşadıı mənzildə olarkən Şəxs ondan siqaret almaq üçün pul istəmişdir. Oda Rəşada pulunun olmadığını bildirdikdə aralarında yenidən mübahisə baş vermişdir. Daha sonra uşaqları onların mübahisə etdiyini görüb sakitləşdirmək üçün aralarına girmişlər. Bu zaman Rəşad onu və uşaqlarını nalayiq ifadələr ilə təhqir edib onları döyərək nmüxtəlif bədən xəsarətləri yetirmişdir. Daha sonra Şəxs ona məxsus “Samsung A51” markalı mobil telefonu oğlu Nihadın əlindən götürüb yerə vuraraq sındırmışdır. Rəşadın onu döyməsi nəticəsində o bədənin müxtəlif nahiyyələrindən xəsarət almışdır.Hadisə nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Sonda Şəxs qarşı şikayətçidir və barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli tədqiq edib, iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi tam sübuta yetirilmiş və onun əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis X1 müraciətı əsasında toplanmış HK-1672 saylı material üzrə toplanmış araşdırma materiallarının tədqiq edilməsi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən etmir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 iyun 2022-ci il, saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati iş üzrə icraatı rədd edən hallar müəyyən etməmişdir. QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 22 iyun 2022-ci il, saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov İş № 3(007)-2384/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ 23 sentyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Pİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 11:35-də açıldı. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Nizami rayon Pİ-nin 24-cü PŞ-nin sahə inspektoru X6 məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: 25 dekabr 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Bakı şəhəri Nizami rayon Pİ-nin 24-cü PŞ-nin sahə inspektoru X6, Sədrlik edən hakimi və katibi elan edir. Hakim Əhmədov Rauf Tağı oğlu. X10 Bəxtiyar oğlu. Sədrlik edən proses iştirakçılarından hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə AR İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur. Məhkəmədə hüquqlarımı özüm sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işimə baxılmasını xahiş edirəm. Sədrlik edənin sual-cavabı - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən proses iştirakçılarından etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən tərtib edilmiş inzibati protokol ilə əlaqədar izahat üçün sahə inspektoruna söz verir. Bakı şəhəri Nizami rayon Pİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4 izahatı : Hörmətli hakim! X2 müraciəti əsasında Bakı şəhər Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin İŞ-də araşdırma aparılmış və toplanmış HK1-2164 saylı araşdırma materialları ilə Şəxs xx.xx.2020-ci il tarixdə X5 ilə mübahisə zamanı sonuncuya dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirdiyi müəyyən edilmişdi. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - xx.xx.2020-ci il tarixdə yaşadığım binanın həyətində X5 ilə aramızda baş vermiş mübahisə zamanı Ş.K.Kərimovu vurmuş, lakin sonuncuya xəsarət yetirməmişdi. Əməlimdən səmimi peşmanam. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik elən iş materiallarını elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Qərardan şikayət və protest vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 23 sentyabr 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar