Məhkəmə qərarları › İş №3(007)-1491/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1491/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1491/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi ilə, Qərarından şikayət verilən Bakı şəhəri, BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şikayətçi – X4 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə barəsində EQ 23677123 saylı elektron qərar çıxarılmış və 100 manat məbləğində cərimə edilmişdir. Qərarla razı deyil və ləğv olunmalı olmasını hesab edir. Belə ki, "Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinin İV yarımbəndinə əsasən "5.9. 5.1C.1 - 5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və davanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Hadisənin baş verməsini özündə əks etdirən videoqeydə nəzər saldıqda açıq şəkildə görünür ki. ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq yolun qalan hərəkət hissəsindən qırıq-qırıq nişanlama xətti ilə ayrılıb və o məhz həmin hissədə sola dönərək həmin zolaqdan çıxır. Göründüyü kimi faktiki olaraq inzibati xəta hadisəsi ümumiyyətlə baş verməyib. İXM-in 53.0.1 -ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olmaması inzibati xəta üzrə icraatı rədd edən hallara aiddir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən isə 53-cü maddədə nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmənin səlahiyyətidir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi barədə qərar verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirdi ki, şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş videomateriala baxış keçirilərkən şəxsin qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmış olur. Qeyd olunanlara əsaslanaraq şikatətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərarına əsasən X6 xx.xx.2025-cü il tarixdə saat 17:59 radələrində Bakı şəhəri, xətai rayonu, Gəncə prospektində prospektində İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və şikayətçi tərəfindən təqdim edilmiş videomateriala əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar