Məhkəmə qərarları › İş №3(007)-1495/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1495/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1495/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 16 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 16 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılaraq müvafiq qərar qəbul olunmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 daha əvvəl də Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 16 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət vermiş, həmin şikayətə dair 3(007)-1443/2021 nömrəli işə məhkəmədə baxılmış, 17 may 2021-ci il tarixli qərarla şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 16 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmədə baxılaraq, 17 may 2021-ci il tarixli 3(007)-1443/2021 nömrəli qərar çıxarıldığı, şikayətlər eyni qərarla bağlı olduğu üçün hazırkı şikayətə dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 16 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti geri qaytarılsın, həmin qərardan X1 verdiyi şikayətə məhkəmədə baxılaraq, 17 may 2021-ci il tarixli 3(007)-1443/2021 nömrəli qərar çıxarıldığı nəzərə alınsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar