Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1497/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, 27 avqust 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş 25.01.2021-ci tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş 25.01.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 25.01.2021-ci il tarixdə saat 16:55-də Nizami rayonu, Q.Qarayev 25/19 ünvanın yaxınlığında karantin rejim qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X3 barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş 25.01.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək mübahisələndirmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, 25.01.2021-ci il tarixdə barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt 20 gün öncə Vətən Müharibəsindən gəldiyini, “stresdə” olduğuna görə tez-tez siqaret çəkdiyini, müharibə veteranı və qazi olduğunu bildirmişdir. Bundan sonra 24-cü polis bölməsinə aparılmış və orada əsəb gərginliyi keçirdiyinə görə tez-tez siqaret çəkdiyindən üz maskasının aşağıda olduğunu bildirmişdir. Polis bölməsində ona barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun icra edilməyəcəyi bildirilmişdir. Lakin, 06.05.2021-ci il tarixdə aldığı bildirişdə maska taxmadığına görə 100 manat məbləğində cərimə olunduğu ona məlum olmuşdur. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, 25.01.2021-ci il tarixdə saat 16:55-də Nizami rayonu, Q.Qarayev 25/19 ünvanda olarkən, karantin qaydalarına uyğun olaraq qoruyucu maskadan istifadə etmişdir, lakin həmin vaxt açıq havada siqaret çəkdikdən sonrakı vəziyyətdə olduğuna görə qoruyucu maska ağız nahiyyəsindən aşağıda olmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən bu barədə bildirmiş və inzibati xəta törətməsi ilə razılaşmamışdır. Lakin, polis bölməsində ona narahat olmamağı və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunacağı bildirilmişdir. Barəsində inzibati xəta haqqında qərarın qəbul edilməsindən xəbərsiz olmuşdur. Buna görə də həmin qərarın ləğv ediməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyərək, inzibati xəta haqqında iş üzrə icraat materiallarını verilmiş şikayətlə əlaqəli yoxlayaraq hesab edir ki, X2 barəsində qəbul edilmiş 25.01.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, X3 barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş 25.01.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirmişdir ona görə ki, 25.01.2021-ci il tarixdə saat 16:55-də Nizami rayonu, Q.Qarayev 25/19 ünvanda olarkən, karantin qaydalarına uyğun olaraq qoruyucu maskadan istifadə etmiş, lakin həmin vaxt açıq havada siqaret çəkdikdən sonrakı vəziyyətdə olduğuna görə qoruyucu maskası ağız nahiyyəsindən aşağıda olmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən bu barədə bildirmiş və inzibati xəta törətməsi ilə razılaşmamış, bununla əlaqədar polis bölməsində ona barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunacağı bildirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X3 tərəfindən məhkəmə təqdim olunmuş sənədlərdən görünür ki, o, Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında 01.10.202-ci il tarixdən 10.11.2020-ci il tarixədək iştirak etmiş, Vətən Müharibəsi iştirakçısıdır və Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə “N” saylı hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində təsbit olunmuş hüquq normalarına inzibati orqanın əməl etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayətin dəlillərinə əsasən, X2 25.01.2021-ci il tarixdə saat 16:55-də Nizami rayonu, Q.Qarayev 25/19 ünvanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinin iş materialları ilə sübuta yetirilmədiyini nəzərə alır. Məhkəmə, eyni zamanda X2 izahatında 25.01.2021-ci il tarixdə saat 16:55-də Nizami rayonu, Q.Qarayev 25/19 ünvanda olarkən karantin qaydalarına uyğun olaraq qoruyucu maskadan istifadə etməsi, lakin həmin vaxt açıq havada siqaret çəkdikdən sonrakı vəziyyətdə olduğuna görə qoruyucu maskanın ağız nahiyyəsindən aşağıda olması və inzibati xətanın mövcudluğu ilə razılaşmaması barədə göstərdiyi xüsusatları səmimi sayır və qəbul edir. Məhkəmə, X2 izahatında göstərdiyi xüsusatları təkzib edən halların müəyyən olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0, 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş 25.01.2021-ci tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta hadisəsi olmadığına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1497/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1497/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver