Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1511/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, X4 Xidmət oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X4 Xidmət Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2024-cü il tarixli EP ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 Xidmət oğlu Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 Xidmət oğlu şikayətində şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə 35.100.00 ABŞ dolları məbləğində vəsait Qazaxıstanın “Uqlesbit” şirkətinin hesabına köçürülmüş, xx.xx.2023-cü il tarixdə 67.500 kq düyü məhsulları ölkəyə idxal edilmişdir. Üzrlü səbəblərdən Bank Respublika tərəfindən təsdiq edilmiş gömrük bəyannaməsi Mərkəzi Banka təqdim edilməmiş, bu səbəbdən onun barəsində İXM-nin 430.4-cü maddəsi ilə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmədən xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək qeyd edilmişdir ki, Ömərov Adil Xidmət oğlu tərəfindən təqdim edilmiş yük gömrük bəyannaməsi yoxlanılmış və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən **********2165 sorğu nömrəli yük gömrük bəyannaməsi fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə avans köçürülmüş 35.100.00 ABŞ dolları ödənişinə tam bağlanmışdır. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2024cü il tarixli EP ******* saylı qərarına əsasən X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib 3.510.00 ABŞ məbləğində cərimə edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə 35.100.00 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüş , xx.xx.2024-cü il tarixdə **********2165 nömrəli gömrük bəyannaməsi üzrə mallar ölkəyə idxal edilmişdir. Həmçinin köçürmə sənədinin tarixindən 2 il keçməmiş mallar ölkəyə idxal edilmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, Ömərov Adil Xidmət oğlunun şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ömərov Adil Xidmət oğlu barəsində İXM-in 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1511/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1511/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver