Məhkəmə qərarları › İş №3(007)-1513/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1513/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1513/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X1 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “xxxxxx” MMC-nin (VÖEN **********) direktoru vəzifəsində işləyən, Lənkəran şəhəri, H.Əliyev küçəsi ev 78/5, mənzil 47-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxx” MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərara əsasən, “xxxxxx” MMC-nin işçisi olmuş X9 məxsus əmək müqaviləsinin və digər sənədlərin təqdim edilməsi barədə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxx 2020-ci il tarixli müraciəti xx xxx 2020-ci il tarixdə qəbul edildiyi və üç gün müddətində müraciətə cavab verilməli olduğu halda, “xxxxxx” MMC-nin direktoru Şəxs tərəfindən müəyyən edilmiş müddətlər pozulmaqla məlumatlar həmin orqana təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X2 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən rayon prokurorluğuna X5 əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməməsi ilə bağlı Əmək və X8 Nazirliyinə etdiyi müraciəti üzrə aparılan araşdırmaya əsasən “xxxxxx” MMC-nin verilən sorğuya cavab verilməməklə İXM-nin tələblərinin pozulması barədə material daxil olmuşdur. Material öyrənilən zaman müəyyən edilmişdir ki, X5 “xxxxxx” MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən “xxxxxx” MMC-yə xx xxx 2020-ci il tarixli **********1 nömrəli məktubla müraciət olunaraq X9 aid olan əmək müqaviləsi və digər sənədlərin göndərilməsi barədə rəsmi müraciət olunmasına baxmayaraq cavab verilməmişdir. Material üzrə izahatı alınmış Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin hüquq sektorunun müdiri X12 bildirmişdir ki, X3 və X8 Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə ərizə ilə müraciət edərək əvəllər işlədiyi “xxxxxx” MMC-də öz təşəbbüsü olmadan əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Müraciət əsasında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparılması ilə əlaqədar “xxxxxx” MMC-nin rəhbərliyinə xx xxx 2020-ci il tarixli **********1 nömrəli məktubla müraciət edilərək sonuncuya məxsus əmək müqaviləsi və digər sənədlərin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş olunmuş, lakin müraciətə cavab verilməmişdir. İzahatı alınmış “xxxxxx” MMC-nin direktor müavini işləyən X10 bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsindən “xxxxxx” MMC-nin mailto:k.k012@mail.ruElektron ünvan ünvanına əvvəllər həmin cəmiyyətdə sürücü-ekspeditor vəzifəsində işləmiş X5 əmək müfəttişliyinə müraciəti üzrə araşdırma aparılması ilə əlaqədar sonuncu ilə bağlanmış əmək müqaviləsi və digər sənədlərin əmək müfəttişliyinə göndərilməsi barədə məktub daxil olmuşdur. Bundan başqa rəsmi olaraq bu barədə zərf də cəmiyyətə daxil olmuşdur. Lakin obyektiv səbəblərdən bu barədə əmək müfəttişliyinin sorğusuna cavab verilməmişdir. Əmək müfəttişliyindən daxil olan məktuba cavab vermək səlahiyyəti olan vəzifəli şəxs “xxxxxx” MMC-nin direktoru Şəxs olmuşdur və sonuncunun əmək müfəttişliyindən daxil olan məktub barədə məlumatı olmuşdur. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən göndərilən materialdan görünür ki, xx xxx 2020-ci il tarixli **********1 nömrəli məktubla “xxxxxx” MMC-nin rəhbərliyinə əmək müfəttişliyi tərəfindən müraciət olunmuşdur. X6 izahatına əlavə olunan sənədlərdən görünür ki. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən “xxxxxx” MMC-nin rəhbərliyinə göndərilən müraciət reyesterə salındıqdan sonra poçt məntəqəsi tərəfindən möhürlənib qəbul edilmişdir. X4 izahatına əlavə etdiyi sənədlərdən görünür ki, Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsindən “xxxxxx” MMC-nin rəhbərliyinə göndərilmiş məktub Cəmiyyətin email ünvanı vasitəsilə əldə edilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “xxxxxxxx” MMC-nin 6 saylı poçt filialından alınmış xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən “xxxxxx” MMC-yə xx xxx 2020-ci il tarixli SS**********AZ saylı qeydiyyatlı poçt göndərişi cari ilin 27 may tarixində 130 saylı poçt şöbəsinə daxil olmuş və sözügedən MMC-nin nümayəndəsi Abbasov tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul edildiyi məlum olmuşdur. Materiala əlavə edilmiş 18 saylı əmrdən görünür ki, “xxxxxx“ MMC-nin direktoru vəzifəsinə xx xxx 2020-ci il tarixdə Şəxs təyin edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxxxx” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən “xxxxxx” MMC-yə ünvanlanmış xx xxx 2020-ci il tarixli **********1 nömrəli məktuba cavab verməyərək Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş müraciətə cavab verilməməsi davam edən inzibati xəta kimi qiymətləndirilməlidir. Belə ki, müraciətə rəsmi cavab vermə müddətinin keçməsindən sonra da səlahiyyətli vəzifəli şəxsin həmin cavabı vermək imkanı olmasına baxmayaraq o, üzərinə qoyulmuş bu vəzifəsini həyata keçirməyərək inzibati xətanın davam etməsinə şərait yaratmışdır. Bundan başqa xxxxxx” MMC-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən inzibati xətanın törədilməsinin aşkara çıxarılması bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin Nizami rayon prokurorluğuna müraciətindən sonra mümkün olmuşdur. Belə ki, Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin müraciəti “xxxxxx” MMC-nin səlahiyyətli vəzifəli şəxsinə çatdırılmasına baxmayaraq sonuncu öz vəzifəsini yerinə yetirməyərək sorğuya müəyyən olmuş müddətdə cavab verməmişdir. Ona görə inzibati xətaya münasibətdə xətanın aşkara çıxarıldığı gün dedikdə bu barədə Nizami rayon prokurorluğunda inzibati xətanın törədilməsinə dair sübut əldə edilən gün başa düşülməlidir. Ona görə “xxxxxx” MMC-nin səlahiyyətli vəzifəli şəxs tərəfindən törədilən inzibati xəta müddətinin keçməsi ilə əlaqədar rədd edilə bilməz. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin müraciəti üzrə “xxxxxx” MMC-nin direktoru Şəxs tərəfindən müəyyən edilmiş müddətlər pozmaqla məlumatların təqdim edilməməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 596.1 -ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Həmin icraat əsasında “xxxxxx” MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “xxxxxx” MMC-nin təsisçisi X11 izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsindən “xxxxxx” MMCnin elektron poçt ünvanına əvvəllər həmin cəmiyyətdə sürücü-ekspeditor vəzifəsində işləmiş X5 əmək müfəttişliyinə müraciəti üzrə araşdırma aparılması ilə əlaqədar həmin şəxslə bağlanmış əmək müqaviləsi və digər sənədlərin əmək müfəttişliyinə göndərilməsi barədə məktub daxil olmuşdur. Həmin məktub poçt vasitəsi ilə də MMC-yə daxil olmuşdur. Əmək müfəttişliyindən daxil olan məktuba cavab vermək səlahiyyəti “xxxxxx” MMC-nin direktoru Şəxs olmuşdur. Lakin karantin dövrü ilə əlaqədar müvafiq problemlər yarandığına görə əmək müfəttişliyinin sorğusuna cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, “xxxxxx” MMC-nin vəzifəli şəxsi, direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3, 91.0.4, 97, 101, 102.5, 103, 104.4, 104.7, 111.1, 117, 131, 136.2 və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 83.2 və 83.3-cü maddələrinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 596.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxx” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar