Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1515/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonunun Məmmədbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2022-ci il tarixdə saat 08:40 radələrində Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ilə “DAİMLER CHRYSLAR” minik markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında Bakı şəhər Nizami RPİ-nin X4 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında göstərmişdir ki, Şəxs 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ilə “DAİMLER CHRYSLAR” minik markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs izahat verərək, pivə içdiyini və sərxoş olduğunu etiraf etmiş, alkotestr müayinəsinin nəticəsi ilə razılaşdığını bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ilə “DAİMLER CHRYSLAR” minik markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və içkili olmadığı halda aldadılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və onun sərxoş olmadığı barədə verilmiş müvafiq tibbi rəyi məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli yoxlayıb qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan Alkotestrin müayinəsinə dair testin nəticəsindən görünür ki, 23 iyun 2021-ci il tarixdə keçirilən müayinə zamanı Şəxs aşkar edilmiş alkoqolun miqdarı 4.177 % promil olmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, sonuncu izahat verərək, pivə içdiyini və sərxoş olduğunu etiraf etmiş, alkotestr müayinəsinin nəticəsi ilə razılaşdığını bildirmişdir. İş materiallarında olan AC seriyalı 042160 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs verilmiş B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixədək etibarlıdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən ediməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/20690 saylı, 23 iyun 2022-ci il tarixli aktdan görünür ki, 23 iyun 2022-ci il tarixdə saat 10:30-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən ediulmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs sonradan müayinədən keçərək təqdim etdiyi 2/20690 saylı, 23 iyun 2022-ci il tarixli tibbi müayinə aktı onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməsini şərtləndirə bilməz. Belə ki, digər sübutlardan görünür ki, Şəxs (Alkotestr müayinəsi) 23 iyun 2022-ci il tarixdə aşkar edilmiş alkoqolun miqdarı 4,177 % promil olmuş və sonuncu həmin nəticə ilə razılaşıb bu barədə müvafiq izahat yazaraq təqsirini etiraf etmişdir. Göründüyü kimi, Şəxs 23 iyun 2022-ci il tarixdə sərxoş olduğu aşkar edildiyi halda, həmin gün sonradan keçirilmiş tibbi müayinə zamanı onun sərxoş olmadığının aşkar edilməsi faktı öz özlüyündə onun inzibati məsuliyyətdən azad edilməsi ilə bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini mümkün sayır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən edilmiş həddə ona cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. AC seriyalı 042160 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1515/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1515/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver