Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1520/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, ev 8, mənzil 15-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Şəxs idarə etdiyi Toyota Prius markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nizami rayonu, Q.Qarayev prospekti ilkə Nəsimi küçəsi istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin qabaq hissəsi ilə dayanmış vəziyyətdə olan X1 idarə etdiyi BMW markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş nəticədə sərnişinlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 X6 xəsarət almışlar. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024 tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Mehrac Niftəliyevin xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Şəxs idarə etdiyi Toyota Prius markalı dövlət qeydiyyat nişanlı **-LB-*** nəqliyyat vasitəsi ilə Nizami rayonu, Q.Qarayev prospekti ilkə Nəsimi küçəsi istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin qabaq hissəsi ilə dayanmış vəziyyətdə olan X1 idarə etdiyi BMW markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş nəticədə, onun avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 X6 xəsarət almışlar. Hazırda əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirnin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə), zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxslərlə əlaqə saxlanılmış, Şəxs qarşı hər hansısa şikayət və tələbinin olmadığı, ona dəymiş zərərin ödənildiyi bildirilmişdir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 04 saylı rəyinə əsasən X3 aşkar olunmuş xəsarətlər – sağ gözətrafı nahiyənin hematoması, sol diz oynağının ön səthinin sıyrığı olmuşdur, bərk küt əşyanın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 05 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər hər iki budun hematoması, dilin sol yarısının uc hissəsinin kiçikölçülü yarası bərk küt əşyanın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 06 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs3 aşkar olunmuş xəsarətlər hər iki hər iki baldırın ön-bayır səthlərinin hematomaları bərk küt əşyanın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, ekspert rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1520/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1520/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver