Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1521/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin YNH üzrə inspektoru, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1992-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X9 idarə etdiyi “Daewoo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşmuş, nəticədə “Daewoo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində əyləşmiş X6 bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin YNH üzrə inspektoru, polis kapitanı X7 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **- GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X9 idarə etdiyi “Daewoo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşmuş, nəticədə “Daewoo” markalı, **-JN- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində əyləşmiş X6 bədən xəsarətləri almışdır. Bakı şəhəri Nizami RPİ TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Buna görə də tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 16:50 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota-Corolla” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Babək prospekti istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman Babək prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusunun qabaq sağ hissəsi ilə idarə etdiyi avtomobilin arxa sol yan hissəsi toqquşmuş, zərbənin təsirindən onun avtomobili fırlanaraq yolun sol kənarında dayanmışdır. O, avtomobildən düşərək avtobusun içərisinə daxil olmuş bu zaman bir nəfər qadının halsız vəziyyətdə olduğunu görmüşdür. O, əraziyə taksi çağıraraq xəsarət almış qadını yola salmış və həmin qadına mobil nömrəsini verərək onunla əlaqə saxlamasını bildirmişdir. O, zərərçəkmiş şəxs X4 dəymiş ziyanı ödəməyə çalışsa da, X3 yaxınları ondan yüksək məbləğ tələb etdiyi üçün o, həmin məbləği ödəyə bilməmişdir. Hazırda isə X6 dəymiş ziyanın əvəzi olaraq ondan 900 manat məbləğində pul tələb edir. X2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 900 manat məbləğində ziyan dəydiyini təsdiq edən sübutlar təqdim edərsə, o, dəymiş ziyanı ödəməyə hazırdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, 24 dekabr 2024-cü il tarixdə, saat təxminən 16 radələrində o, anası və qardaşı oğlu ilə birlikdə NZS qəsəbəsində yerləşən evinə getmək üçün 8-ci km bazarının qarşısından 22 saylı sərnişin avtobusuna minmişdir. Sərnişin avtobusu Babək prospekti ilə şəhər istiqamətində hərəkətdə olan zaman maşın bazarı dairəsi adlanan ərazidə “Toyota” markalı minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində o, avtobusun içərisində oturacaqdan yıxılaraq xəsarət almışdır. Bundan sonra onu avtobusdan yerə düşürmüşlər, bu zaman “Toyota” markalı minik avtomobilinin sürücüsü ona yaxınlaşaraq problemləri olduğu üçün spirtli içki qəbul etdiyini bildirərək, taksi çağırmış və onları yaşadıqları evə yola salmışdır. O, evdə olan zaman ağrıları çox olduğu üçün o, hadisə barədə gəlinləri Ayşənə məlumat vermiş, bundan sonra isə Ayşən DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 900 manat ziyan dəymişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən ona dəymiş ziyanın tam ödənilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 xx.xx.2023-cü il tarixli, 1253 saylı rəyinin nəticə hissəsindən görünür ki, X3 bədən səthində aşkar olunmuş - aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldırın aşağı 1/3-nin və sağ aşıq-baldır oynağının çöl topuq nahiyəsinin hematoması, sol bazunun ön-iç səthinin qançırı kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/12 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Corolla” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X9 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. - AE seriyalı, 331164 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/54458 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə saat 04:50-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,00%0 olmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində idarə etdiyi “Toyota Corolla” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq X9 idarə etdiyi “Daewoo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşması, nəticədə “Daewoo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində əyləşmiş X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması iş üzrə araşdırılmış sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami RPİ-nin X16 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami RPİ-nin X16 Şöbəsinə göndərilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1521/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1521/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver