Məhkəmə qərarları › İş №3(007)-1523/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1523/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1523/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X6 iclas katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X4 və DİN BDYPİ-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, atası X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsində İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin qərarda qeyd edildiyi kimi şəxs barəsində protpkol və qərar İXM-nin 122.1-ci maddəsinin tələbləri pozulmaqla inzibati xətanın törədildiyi gündən bir gün müddətində elektron kabinetə yerləşdirilməli olduğu halda, xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qeyd olunanlara əsasən qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən DİN BDYPİ-nin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, şəxs özü də atası tərəfindən törədilmiş əməli etiraf edir. Həmçinin qərarın 1 gün müddətində elektron kabinetə yerləşdirilməsi ilə bağlı bildirmişdir ki, qeyd olunan İXM-nin 122.1-ci maddəsinin tələbi inizbati xəta xüsusi texniki vasitə əsasında aşkara çıxarıldığı halda keçərlidir. Hal-hazırkı iş üzrə inzibati xəta şəhər kamerası vasitəsilə aşkar edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarına əsasən X5 xx.xx.2023-cü il tarixdə özünə məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes S350” minik markalı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi i ilə hərəkət edən zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə İXM-in 327.4-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, EQ 19607070 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, qərar və xətanı törətmiş şəxsin nümayəndəsinin etirafedici ifadəsinə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Elektron qərarın bir gün müddətində elektron kabinetə yerləşdirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən inzibati xəta xüsusi texniki vasitə ilə deyil, tş6-207 saylı kameraya baxış keçirilməsi nəticəsində aşkar olunduğundan qeyd olunan hal İXM-nin 122.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar