Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1525/2024 16.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikasi, Şərur rayonu, Mahmudkənd Ə/D, Mahmudkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, DİN-nin 102 xidməti zəng mərkəzi sistemindən daxil olmuş məlumata əsasən Şəxs əşyaları olan çantasını “Chevrolet” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobildə unutması barədə məlumat vermişdi, eyni qaydada taksi sürücüsü X2 DİN-nin 102 xidməti zəng mərkəzi sistemindən daxil olunmuş məlumata əsasən Şəxs çantasının avtomobilində olduğunu bildirmişdir, təxminən 23:35 radələrində Şəxs və X2 24-cü PŞ-nın növbətçi hissəsinə yaxınlaşaraq M.Alməmmədov bildirmişdir ki, Şəxs çantasını təqdim etmək istəsə də o, PŞ-da çantasını təhvil alacağını bildirmişdir və M.Alməmmədov çantasını Şəxs təhvil vermişdi. Şəxs çantasına polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman özünü çox qeyri-adekvat apardığı üçün onunla profilaktik söhbətlər aparan zaman özü səmimi olaraq narkotik vasitələrin istifadə etdiyini bildirmişdir. 14 mart 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 13 yaşında başından travma almışdır. Hazırda çantasında aşkar olunan “Amitriptilin” adlı dermanı həbsdə olan zaman həkim reseptlə yazmışdır. Dərmanı reseptlə Naxçıvandan 3 qutu birdən almışdır və təyyarə ilə Bakıya gətirmişdir. Tez-tez istifadə etmir baş ağrıları olanda içir. Resept Naxçıvandadır onu gətizdirmək istəsə də alınmamışdır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2024-cü il tarixdə saat 23:30-da Respublika Narkoloji Mərkəzində test üsulu ilə müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir. - Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13 mart 2024-cü il tarixli raportdan görünür ki, Şəxs əşyaları olan çantasını “Chevrolet” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobildə unutması barədə məlumat vermişdi, eyni qaydada taksi sürücüsü X2 DİN-nin 102 xidməti zəng mərkəzi sistemindən daxil olunmuş məlumata əsasən Şəxs çantasının avtomobilində olduğunu bildirmişdir, təxminən 23:35 radələrində Şəxs və X2 24-cü PŞ-nın növbətçi hissəsinə yaxınlaşaraq M.Alməmmədov bildirmişdir ki, Şəxs çantasını təqdim etmək istəsə də o, PŞ-da çantasını təhvil alacağını bildirmişdir və M.Alməmmədov çantasını Şəxs təhvil vermişdi. Şəxs çantasına polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman özünü çox qeyri-adekvat apardığı üçün onunla profilaktik söhbətlər aparan zaman özü səmimi olaraq narkotik vasitələrin istifadə etdiyini bildirmişdir. - 14 mart 2024-cü il tarixli, 882 nömrəli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidiyində “THC” (+) aşkar edilmişdir. - 14 mart 2024-cü il tarixli, 1710 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs “kannabinoidlərdən” istifadə etmə halları olmuşdur. Hal-hazırda Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. - 14 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs saat 01:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs resepti məhkəməyə təqdim etmək istəməsi, lakin reseptin Naxçıvan MR-da olması səbəbindən onu məhkəməyə təqdim edə bilməməsi barədə izahatına özünü müdafiə kimi hüquqi qiymət verir. Belə ki, Şəxs resepti iki günə Naxçıvan MR-dan gətizdirə biləcəyini bildirdiyi üçün, məhəkəmə qeyd olunan reseptin təqdim olunması üçün məhəkəmə iclasını təxirə salsa da Şəxs resepti məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 mart 2024-cü il tarixli 1710 nömrəli rəyindən görünür ki, Şəxs “kannabinoidlərdən” istifadə etmə halları olmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi olaraq narkotik vasitələrdən istifadə etdiyini polis əməkdaşlarına bildirmiş və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını, səmimi olaraq narkotik vasitələrdən istifadə etdiyini bildirməsi, Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmin maddənin tələbinə əsasən hesab edir ki, ambulator məcburinarkoloji tibbi yoxlamanın 14 mart 2024-cü il tarixli 1710 nömrəli rəyindən görünür ki, Şəxs “kannabinoidlərdən” istifadə etmə halları olmuşdur. Hazırda Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Bu səbəbdən barəsində məcburi müalicə təyin edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №3(007)-1525/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1525/2024
16.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver