Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1527/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X4, zərərçəkmiş şəxslər X7, X2 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və 14 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalarla bağlı onun barəsində eyni vaxtda, 14 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərildiyindən, məhkəmənin müvafiq qərardadı ilə həmin işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmışdır. Şəxs, xx.xx.2024-cü il tarixdə “Bolt” şirkətindən taksi sifariş edərək, vətəndaş X6 80 manat pul və 20 manat gediş haqqı ilə birlikdə, ümumilikdə sonuncunun bank kartına 100 manat göndərəcəyini bildirib aldatmışdır. Bundan başqa, Şəxs, xx.xx.2024-cü il tarixdə “Yango” şirkətindən taksi sifariş edərək, vətəndaş X1 ümumilikdə 180 manat pul və 20 manat gediş haqqı ilə birlikdə, ümumilikdə sonuncunun bank kartına 200 manat göndərəcəyini bildirib aldatmışdır. Bundan başqa, Şəxs, xx.xx.2024-cü il tarixdə C.Naxçıvanski küçəsində yerləşən “Məhəllə” marketdə X3 alış-veriş edərək 34 manat və nağd 40 manat pul alaraq, onun kartına ümumilikdə 74 manat göndərəcəyini bildirərək aldatmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X10 protokolların məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir, buna görə də icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahatında bildirdi ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu barədə məhkəməyə ərizə təqdim edir. Buna görə də, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu barədə məhkəməyə ərizə təqdim edir. Buna görə də, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş X11 izahatında bildirdi ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu barədə məhkəməyə ərizə təqdim edir. Buna görə də, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslər X12, X8 və X11 bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs zərərçəkmiş şəxslər X12, X8 və X9 xırda talama yolu ilə vurduğu maddi ziyanı ödədiyinə və onlarla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1527/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1527/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver