Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1529/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2024-cü il tarixdə “Bolt” şirkətindən taksi sifariş edərək, vətəndaş X3 80 manat pul və 20 manat gediş haqqı ilə birlikdə, ümumilikdə sonuncunun bank kartına 100 manat göndərəcəyini bildirib aldatmışdır. Bundan başqa, Şəxs, xx.xx.2024-cü il tarixdə “Yango” şirkətindən taksi sifariş edərək, vətəndaş X1 ümumilikdə 180 manat pul və 20 manat gediş haqqı ilə birlikdə, ümumilikdə sonuncunun bank kartına 200 manat göndərəcəyini bildirib aldatmışdır. Bundan başqa, Şəxs, xx.xx.2024-cü il tarixdə C.Naxçıvanski küçəsində yerləşən “Məhəllə” marketdə X2 alış-veriş edərək 34 manat və nağd 40 manat pul alaraq, onun kartına ümumilikdə 74 manat göndərəcəyini bildirərək aldatmışdır. Bu barədə Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-1527/2024, 3(007)-1528/2024 və 3(007)-1529/2024 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(007)-1527/2024 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-1527/2024, 3(007)-1528/2024 və 3(007)-1529/2024 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(007)-1527/2024 saylı nömrə verilsin. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1529/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1529/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver