Məhkəmə qərarları › İş №3(007)-1535/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1535/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1535/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 38500 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də 38500 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə yazılı izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Şəxs MMC 38500 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38500 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır, buna görə də, Azərbaycan Respublikasının Mərkəzi Bankı hesab etmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Aşağıdakılara görə hesab edir ki, qeyd olunan hadisə Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyindən Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə təqdim etdiyi Şəxs MMC (Alıcı) ilə “X8” MMC (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İPL-AS/2022-04 saylı müqavilədən, “X8” MMC-nin xx.xx.2022-ci il tarixli 25 və 26 saylı invoyslarından və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli ödəniş sənədindən göründüyü kimi, bağlanmış müqavilə çərçivəsində satıcı “qabıqlı qoz” məhsulunu satmağı, alıcı isə həmin məhsula görə pul vəsaitini avans yolu ilə ödəməyi öhdəsinə götürmüş, razılaşdırılmış müqavilə şərtlərinə və satıcı tərəfindən təqdim edilmiş invoys sənədinə uyğun olaraq alıcı 38500 ABŞ dolları məbləğində valyuta vəsaitini alıcının bank hesabına köçürmə yolu ilə xx.xx.2022-ci il tarixdə ödəmiş və malın göndəriləcəyini gözləmişdir. Ödəniş edildikdən bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında başlayan və hal-hazıradək davam edən hərbi əməliyyatlar nəticəsində kontragentin maliyyə-təsərrüfat fəaliyyətində ciddi problemlər (fors-major hallar) yaranmış, bunun nəticəsində avans yolu ilə dəyərini ödədikləri məhsulu satıcı ixrac edə bilməmiş, habelə bank sisteminin fəaliyyətinə məhdudiyyətlər qoyulduğundan, ona öncədən ödənilmiş valyuta vəsaitini geri alıcıya qaytara bilməmişdir. Hərbi münaqişənin ilk vaxtlarında satıcı ilə müəyyən danışıqlar və yazışmalar aparılsa da, hal-hazırda satıcıdan hər hansı məlumat yoxdur, ona göndərilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Pretenziya məktublarına da hər hansı cavab verilməmiş, beləliklə də, ötən müddət ərzində alıcı nə malları, nə də ki, pul vəsaitini geri qaytarmamışdır. Şəxs MMC əlavə xərclərə məruz qalaraq, Ukrayna ərazisində fəaliyyət göstərən vəkil Oleksey Slobodyaniklə müqavilə bağlamış və həmin vəkil vasitəsilə satıcıya qarşı kommersiya mübahisəsini X3 Məhkəməsinə təqdim etmişdir. Halhazırda həmin məhkəmənin icraatında iddiaçı Şəxs MMC-nin cavabdeh “X8” MMC-yə qarşı avans ödənişi məbləği olan 38500 ABŞ dolları və 21 697,08 qrivna məbləğində ödənilmiş məhkəmə rüsumunun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi mövcuddur (iş № 916/508/24) və məhkəmənin növbəti hazırlıq iclası 22 aprel 2024-cü il tarixə təyin edilmişdir. Yuxarıda qeyd olunan halları sübut edən sənədlər tərəflərindən hazırki məhkəməyə xx.xx.2024-cü il tarixli iclasda təqdim edilmişdir (tərəflər arasında həmin vaxtlarda e-mail üzərindən aparılmış yazışmalar, qarşı tərəfin onlara təqdim etdiyi “fosr-major halların yaranması barədə” Ukrayna Ticarət-Sənaye Palatasının xx.xx.2022-ci il tarixli, 2024/02.0-7.1 saylı təsdiq məktubu, “Hərbi vəziyyət dövründə bank sisteminin fəaliyyəti haqqında ” Ukrayna Milli X6 xx.xx.2022-ci il tarixli, 18 saylı qərarı, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Pretenziya məktubları, X3 Məhkəməsinə təqdim etdikləri xx.xx.2024-cü il tarixli iddia ərizəsi, X3 Məhkəməsinin “iş üzrə icraatın açılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı). Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, müqavilə üzrə malların idxal olunmaması Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermiş, o cümlədən Cəmiyyət bu malların idxal edilməsi və ya köçürülən vəsaitin geri qaytarılması istiqamətində mümkün olan bütün hüquqi prosedurları tətbiq etmiş və etməkdə davam edir. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı Protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin işin halları eynilə bu işin halları kimidir. Belə ki, "xxxx" MMC ilə “X8” MMC arasında “qabıqlı qoz” məhsulunun tədarükü ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilə çərçivəsində 38500 ABŞ dolları məbləğində valyuta vəsaiti avans yolu ilə satıcıya ödənilsə də, fors-major hallarının (hərbi vəziyyətin) yaranmasına görə nə ödənilmiş vəsait geri qaytarılmış, nə də ki, mallar alıcıya çatdırılmışdır. Həmin iş üzrə də müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi "xxxx" MMC-nin təqsiri üzündən baş verməmiş, bu səbəbdən də məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə görə, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xəta hadisəsi Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün şirkətin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı izahatında qeyd etdiklərini müdafiə edərək bildirmişdir ki, inzibati xəta hadisəsinin Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün şirkətin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, “X8” (X9) şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İPL-AS/2022-04 saylı müqavilə üzrə Şəxs MMC tərəfindən “X8” (X9) MMC-nin hesabına 38500 ABŞ dolları köçürülmüşdür. - X3 Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 916/508/24 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin “X8” (X9) MMC-nə qarşı 38500 ABŞ dolları və 21.697,08 qrivna məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında iddia ərizəsi icraata qəbul edilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ” 19 dekabr 2019-cu ii tarixil Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən Ukrayra Respublikasında fəaliyyət göstərən “X8” (X9) MMC-nin hesabına 38500 ABŞ dolları köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayra Respublikası arasında başlayan müharibə ilə əlaqədar “X8” (X9) MMC tərəfindən köçürülmüş 38500 ABŞ dolları məbləğində pulun müqabilində mal göndərilməmiş və ya həmin vəsait geri qaytarılmamışdır. Şəxs MMC-nin “X8” (X9) MMC-nə qarşı 38500 ABŞ dolları və 21.697,08 qrivna məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında iddia ərizəsi ilə X3 Məhkəməsinə müraciət etmiş və X3 Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 916/508/24 nömrəli qərarı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar