Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1535/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, 28 sentyabr 1970-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 02 mart 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Oba” marketdən ümumilikdə 71 manat 70 qəpik dəyərində olan kərə yağlarını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs “Oba” marketdən kərə yağlarını oğurlayaraq ümumilikdə 71 manat 70 qəpik dəyərində zərər vurmuş, xx.xx.2025-ci il tarixdə tərəflərindən inzibati qaydada tutulmuşdur. Bu səbəbdən barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Hazırda şəxsin həyat yoldaşı borc pul taparaq həmin zərəri ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək ona dəymiş zərərin barəsində inzibati xətaya dair icraat aparılan şəxsin həyat yoldaşı tərəfindən ödənildiyini, bu səbəbdən də onunla barışdığını və hazırda şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd etmişdir ki, əməlindən səmimi peşmandır, dəymiş zərər onun həyat yoldaşı tərəfindən ödənilmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, qeyd olunan xırda talama əməlini törətmiş Şəxs müəyyən edilərək saxlanılmışdır. xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 20:10-da tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Şəxs barəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, məhkəmə hesab edir ki, o, tutmadan dərhal azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-1535/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1535/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver