Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-154/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Nizami Rayon DYPŞnin Yol Patrul xidmətinin inspektoru X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddəsi ilə Azərbaycan Respublikasının DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfoindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:02 radələrində “KİA RİO” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilinin dövlət qeydiyyat nişanları ya mövcud standartlara uyğun olmadığı üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 342.7 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Nizami Rayon DYPŞ-nin Yol Patrul xidmətinin inspektoru X4 məhkəməyə verdiyi izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:02 radələrində “KİA RİO” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilinin dövlət qeydiyyat nişanları ya mövcud standartlara uyğun olmadığı üçün saxlanılmışdır. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü sərxoşdur. Bununla da, Şəxs barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir və məhkəmə tərəfin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmək inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2/42076 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Bununla da Şəxs həmin inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol, xx.xx.2022-ci il tarixli, 2/42076 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Xəlilov X2 Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-154/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-154/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver