Məhkəmə qərarları › İş №3(007)-1550/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1550/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1550/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X23 direktoru X5 nümayəndəsi və müdafiəçisi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat (yeddi yüz) məbləğində inzibati cərimə olunması barədə 27 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan qanunvericiliyin tələbinə uyğun olaraq yuxarı orqana, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə rəsmi qaydada şikayət vermişdir. Həmin şikayətə 30 yanvar 2024-cü ildə baxılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat (yeddi yuz) məbləğində inzibati cərimə olunması barədə 27 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə 30 yanvar 2024-cü il tarixli, 3-17/1-890/2024 saylı qərar qəbul edilmişdir. Həmin qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Hər iki qərarda əsas kimi onun tərəfindən müəssisənin işçiləri X4 və X8 iş vaxtından artıq işlərə cəlb olunması göstərilir. Guya həmin şəxslər 5,5 saat işləməli olduğu halda, normadan artıq 6 saat işlədilir və artıq iş saatına görə əmək haqqı ödənilmir. Qərar qəbul edilərkən Əmək Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin tələbləri qəsdən, kobud surətdə pozulmuşdur. Qərarlar qərəzli və qanunsuzdur. Aşağıda göstərilənlərə görə göstərilən qərarlar ləğv edilməlidir. Tələb olunan bütün sənədlərin müvafiq orqana göndərilməsinə baxmayaraq araşdırmada onun iştirakı təmin olunmamış və təqdim olunan sənədlər araşdırılmamışdır. Şikayətçilərin əmək hüquqlarının pozuntusuna səbəb olan hər hansı bir fakt aşkar edilməmiş, iş vaxtının uçot tabellərində iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb olunma halları aşkar olunmamışdır. Çünki belə bir hal olmamışdır. Tibb Müəssisəsinin işçilərinə əməyin vaxtamuzd ödənilməsi sistemi üzrə aylıq iş norması müəyyən edilmiş və bu norma çərçivəsində istehsalat zərurəti ilə bağlı qrafik üzrə gecə növbələrinə çıxan həkimlərin növbədə olduğu iş saatları əməyin vaxtamuzd ödənilməsi sistemi üzrə aylıq iş norması həddindən kənara çıxmamaqla həyata keçirilir. Əmək müqavilələrindən də göründüyü kimi işçilərə gündəlik 6 saat olmaqla, həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilmişdir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. Əmək şəraitindən asılı olaraq qısaldılmış iş rejimində çalışan ayrı-ayrı kateqoriyalı işçilərə verilən bu cür fasilələr əmək haqqı hesablanan iş vaxtına daxil edilir. Əmək müqavilələrindən də göründüyü kimi iş saatları 09:00-dan 16:00-dək müəyyən edilmiş, işçilərin gündəlik 6 saatlıq iş norması daxilində əmək haqqı hesablanan yarım saatlıq nahar fasiləsindən istifadə etməsi üç növbəli fasiləsiz iş rejiminin tənzimlənməsi zərurətindən irəli gəlir və 13:00-dan 13:30-dək nəzərdə tutulan nahar fasiləsi gündəlik 6 saatlıq iş vaxtı çərçivəsindən kənara çıxmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iş vaxtının uçotu tabellərinə əsasən hər gün 6 saat olmaqla qısaldılmış iş rejimində işləyən X11 və X12 əməyin vaxtamuzd ödənilməsi sistemi üzrə iş günlərinin sayına uyğun əmək haqqının ödənilməsi barədə şəxsi vərəqədən çıxarışlar təqdim edilmişdir. İşçilərin şəxsi vərəqəsində aylar üzrə iş günlərinin sayı və əmək haqqının gündəlik 6 saat olmaqla həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı barədə tərtib edilmiş iş vaxtının uçotu tabelləri əsasında müəyyən edilir. İşçilərin iş günlərinin və iş saatlarının sayına görə hesablanan əmək haqqı aylıq iş norması daxilində ödənilir. İş saatları 09:00-dan 15:00-dək müəyyən edilmiş işçilərin gündəlik 6 saatlıq iş norması daxilində əmək haqqı hesablanan yarım saatlıq nahar fasiləsindən istifadə etməsi üç növbəli fasiləsiz iş rejiminin tənzimlənməsi zəruriyyətindən irəli gəlmiş və 13:00-dan 13:30-dək nəzərdə tutulan nahar fasiləsi gündəlik 6 saatlıq iş vaxtı çərçivəsindən kənara çıxmamışdır. İş vaxtının uçotu tabelinə əsasən hər gün 6 saatlıq iş normasını yerinə yetirən işçilərin istifadə etdikləri nahar fasiləsi də, əmək haqqı hesablanan 6 saatlıq iş vaxtına daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X22 ilk öncə tabellər işlənilir, rəhbərlik tərəfindən təsdiqlənir, daha sonra isə mühasibə göndərilir. Mühasib tərəfindən işçilərin iş rejimi kateqoriyalara bölünərək ümumiləşdirilir, işçilərin işlədikləri iş saatına, zərərli kateqoriyaya aid sahədə işləyən işçilərin əmək haqları, icbari tibbi sığortaları və bonusları hesablanaraq artıqlaması ilə ödənişlər aparılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsinin 3-cü bəndinə əsasən əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsinin 3-cü bəndi xüsusi kateqoriyalı işlərdə işləyən işçilərə aid edilmişdir ki, bununla da əmək haqqı hesablanan nahar fasiləsi nəzərdə tutulur. Qeyd olunanları nəzərə alıb şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X16 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X23 direktoru X10 tərəfindən X11 və X17 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilmiş, lakin əmək haqları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165.1-ci maddəsinə uyğun əlavə hesablanaraq ödənilməmişdir. Nəticədə, əmək qanunvericiliyində nəzərdə tutulmuş işçilərin iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməsi və əlavə haqqın hesablanıb ödənilməməsi ilə bağlı qanun pozuntularına yol verilmişdir. Bununla da vəzifəli şəxsin inzibati hüquq pozuntusu törətdiyi tam olaraq sübuta yetirilmiş hesab olunur. Bu fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X23 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə təqdim etdiyi sənədlərlə sübuta yetirilir. X1 X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat cərimə edilmişdir. X10 həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə şikayət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli qərar ilə X5 şikayəti təmin edilməmişdir. Hesab edir ki, şikayət əsassızdır, qərarlar qanuni və əsaslıdır. X5 əməlində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinin əlamətləri mövcuddur. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 və X17 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilmiş, lakin əmək haqları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165.1-ci maddəsinə uyğun əlavə hesablanaraq ödənilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 manat tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X23 direktoru X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, X11 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutunda həkim-anestezioloq-reanimatoloq vəzifəsinə işə götürülmüşdür. Həmin müqavilənin 4.12, 4.13, 4.14, 4.15 və 4.16-cı bəndlərində işçinin gündə səkkiz saatdan, həftə ərzində isə qırx saatdan çox olmayaraq işlədiyi, iş saatının 9:00-da başladığı, saat 15:00-da qurtardığı, nahar vaxtının qrafiki boş buraxılmaqla, işçinin hər gün 6 saat natamam iş günü işlədiyi, həftədə 36 saat natamam iş həftəsi ilə işlədiyi qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X11 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X22 ümumi, əsas, həkim-anestezioloqreanimatoloq vəzifəsinə işə götürülmüşdür. Həmin müqavilənin 4.16, 4.17, 4.18, 4.19 və 4.20-ci bəndlərində işçinin gündə səkkiz saatdan, həftə ərzində isə qırx saatdan çox olmayaraq işlədiyi, iş saatının 9:00-da başladığı, saat 15:00-da qurtardığı, nahar vaxtının saat 13:00-dan saat 13:30-dək olduğu, işçinin hər gün 6 saat natamam iş günü işlədiyi, həftədə 36 saat natamam iş həftəsi ilə işlədiyi qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X17 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X22 ETACXİ, əsas, həkim-anestezioloqreanimatoloq vəzifəsinə işə götürülmüşdür. Həmin müqavilənin 4.16, 4.17, 4.18, 4.19 və 4.20-ci bəndlərində işçinin gündə səkkiz saatdan, həftə ərzində isə qırx saatdan çox olmayaraq işlədiyi, iş saatının 9:00-da başladığı, saat 15:00-da qurtardığı, nahar vaxtının saat 13:00-dan saat 13:30-dək olduğu, işçinin hər gün 6 saat natamam iş günü işlədiyi, həftədə 36 saat natamam iş həftəsi ilə işlədiyi qeyd edilmişdir. - X12 10/20xx-xx/2023-cü il tarixli işçinin şəxsi vərəqəsindən görünür ki, 2022-ci ilin oktyabr ayından dekabr ayına kimi cəmi 69 iş günü, onlardan 40 gecə növbəsi saatı, 9 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 3639,19 manat ödəniş hesablanmaqla, VİSA kartına cəmi 2930,77 manat, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 186 iş günü, onlardan 352 gecə növbəsi saatı, 87 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 32374,33 manat ödəniş hesblanmaqla, VİSA kartına cəmi 24473,20 manat ödəniş edilmişdir. - X6 2023-cü il tarixli işçinin şəxsi vərəqəsindən görünür ki, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 229 iş günü, onlardan 392 gecə növbəsi saatı, 6 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 40907,33 ödəniş hesablanmaqla, VİSA kartına cəmi 30297,29 manat ödəniş edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X22 həkim-anestezioloq-reanimatoloq vəzifəsinə işə götürülmüş X11 və X17 ilə əmək müqavilələri bağlanmış, həmin əmək müqavilələrində X6 və X12 iş saatının 9:00-da başladığı, saat 15:00-da qurtardığı, nahar vaxtının saat 13:00-dan saat 13:30-dək olduğu, işçinin hər gün 6 saat natamam iş günü işlədiyi, həftədə 36 saat natamam iş həftəsi ilə işlədiyi qeyd olunmuş, həmin qaydaya uyğun olaraq işçilər işə cəlb olunmuş və buna mütənasib olaraq onların əmək haqları ödənilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-95-ci maddələrinin tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 90-cı maddəsinin 1-ci bəndinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Həmin Məcəllənin 90-cı maddəsinin 2-ci bəndinə əsasən istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Həmin Məcəllənin 90-cı maddəsinin 3-cü bəndinə əsasən altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Həmin Məcəllənin 91-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Həmin Məcəllənin 91-ci maddəsinin 1-ci bəndinə əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 92-ci maddəsinin 2-ci bəndinə əsasən əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 94-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinin 2-ci bəndinə əsasən natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 94-cü maddəsinin 4-cü bəndinə əsasən natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 95-ci maddəsinin 1-ci bəndinə əsasən iş vaxtının rejimi qaydaları gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Həmin Məcəllənin 103-cü maddəsinin 2-ci bəndinə əsasən əsasən nahar fasiləsinin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Həmin Məcəllənin 103-cü maddəsinin 3-cü bəndinə əsasən əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarının tədqiqi zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3 İnstitutu" X23 direktoru X10 tərəfindən X6 və X12 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmiş, bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi öz təsdiqini tapmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs inzibati xəta törətməməsini sübut etməyə borclu deyildir. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə qeyd edir ki, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli, 3-17/1- 890/2024 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar