Məhkəmə qərarları › İş №3(007)-1552/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1552/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1552/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-dən 25-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Nizami RPİ-dən və Bakı şəhəri Nizami RPİ-dən 25-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:05-də “Hyundai Azera” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu ərazisində idarə edən zaman manevr qaydalarını pozaraq həmin yolda hərəkətdə olan “Hyundai Sonata” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toquşşaraq X1 maddi ziyan vurmuşdur. Müayinə zamanı Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə T.Abbasov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vət. X2 təhqir etmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə T.Abbasov küçəsinə yol nəqliyyat hadisəsindən sonra vətəndaşla yaranmış münaqişəyə müdaxilə edərək sakitləşdirməyə çalışan PPXB-nün əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis mayoru M.S.Manafov tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru M.E.Əliyev tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-1551/24 və 3(007)- 1552/2024 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-1551/2024 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: 3(007)-1551/24 və 3(007)-1552/2024 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-1551/2024 saylı nömrə verilsin. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar