Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1553/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili, Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 04 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1C tərəfindən, 10 aprel 2018-ci il tarixdə bağlanmış ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kv.m ölçüdə olan 149 nömrəli mənzilin alqı-satqısına dair ******* nömrəli müqaviləyə əsasən 11,62 kv.m sahə üçün artıq olaraq ödənilmiş 9296 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(007)-1909/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, icra sənədinin icrası təmin edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, MMC-nin rəhbəri axtarışda olduğuna görə protokol hüquqi şəxsin barəsində tərtib olunmuşdur. MMC-nin tələbin yönəldilə biləcəyi əmlakı aşkar olunmamışdır. Borclu "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 iyul 2022-ci il tarixdə keçirilən iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 izahatında göstərmişdir ki, ilk növbədə inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır, belə ki, hüquqi şəxsin vəzifəli şəxsi olan rəhbərinin axtarışda olması protokolun hüquqi şəxsin barəsində tərtib olunmasına əsas vermir. MMC-nin ünvanına göndərildiyi qeyd olunan bildirişi qəbul edən "xxxx" kimliyi məlum deyil. MMC-nin yerləşdiyi ünvanda mühasibləri oturub işləyirlər, gələb məktubları da onlar qəbul edirlər. Baxılan işlə bağlı icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş MMC-yə daxil olmamışdır. Hesab edirlər ki, iş üzrə icraata xitam verilməlidir. Yaranmış zərurətlə əlaqədar, icra sənədinin icra olunmasına şərait yaradılması üçün, tərəflərin razılığı ilə məhkəmənin iclası təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 23 avqust 2022-ci il tarixdə poçt vasitəsi ilə teleqram göndərərək, göstərmişdir ki, şirkət tərəfindən verilmiş məlumata görə, tələbkara ödəniləcək olan məbləği tam şəkildə hazırlaya bilməmişlər. Həmin məbləğin tələbkara təqdim olunması üçün müəyyən maddi sıxıntılar vardır və həmin ödənişlərin həyata keçirilməsi üçün MMC-nin rəhbərliyinə 15 gün vaxt lazımdır, bu səbəbdən məhkəmə iclasının 15-20 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmənin iclası 08 sentyabr 2022-ci il tarixə təxirə salınmış, lakin teleqramda göstərilən qaydada tələbkarın tələbi təmin olunmamış, icra sənədi icra olunmamış, eləcə də qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etmək üçün gəlməmiş və ya bunun üzrlü səbəbinə dair məlumat verməmişdir. İşin faktiki hallarını nəzərə alaraq, məhkəmə işə baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, "xxxx" MMC ilə bağladığı mənzilin alqı-satqısına dair müqavilə üzrə 11,62 kv.m sahə üçün artıq olaraq ödədiyi 9296 manat məbləğində pul həmin MMC-dən alınaraq, ona ödənilməlidir, Bakı şəhəri Nizami Rayon Məhkəməsi 05 avqust 2021-ci il tarixdə bununla bağlı qətnamə çıxarmışdır. Lakin borclu MMC tərəfindən qətnamənin icrası indiyədək təmin olnmamışdır. Çoxsaylı şikayətləri nəticə verməmiş, əksinə, mənzilin pəncərisi qoyulmamışdır, liftdən istifadəsinə imkan verilmir, ondan 1000 manat pul tələb edilir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildirişi öz xahişi ilə icra şöbəsindən götürərək sürətli poçt vasitəsi ilə "xxxx" MMC-nin ünvanına çatdırmışdır, lakin borclu MMC-nin nümayəndəsi əsassız olaraq həmin sənədlərin onlara çatdırılmadığını bildirir. İcra sənədinin indiyədək heç bir əsas olmadan icra olunmaması MMC-nin icra sənədinin icrasından qərəzli olaraq yayındığını sübut edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin teleqramı əsasında məhkəmə iclasının təxirə salınmasından sonra, 08 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, görülmüş tədbirlərin hər hansı nəticəsi olmamış, icra sənədi üzrə hər hansı ödəmə aparılmamışdır. MMC-nin barəsində ciddi inzibati tənbeh tətbiq olunmaısnı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, "xxxx" MMC hüquqi şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənləri hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd kimi qiymətləndirirərək, nəzərə almır, hesab edir ki, icra sənədinin icrası təmin edilməlidir, hazırkı inzibati işin icraatına xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Hüquqi şəxsin nümayəndəsinin özünün vəsatəti əsasında məhkəmə iclası təxirə salınsa, icra sənədinin icrası təmin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1553/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1553/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver