Məhkəmə qərarları › İş №3(007)-1553/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1553/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1553/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3500 manat məbləğində cərimə olunmuşdur. X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərardan şikayət və buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1247/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarından şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməmiş, həmin ərizə təmin edilmədiyindən mübahisələndirilən qərardan verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarından təkrarən şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş, eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə müraciət edərək inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* nömrəli qərardan şikayət vermə müddətinin üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. X4 vəsatətini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında xx.xx.2019cu il tarixli, MN seriyalı ******* nömrəli qərardan xx.xx.2024-cü il tarixdə icradan gələn SMS vasitəsi ilə xəbəri olmuşdur. Dərhal müraciət etmiş və xx.xx.2024-cü il tarixdə qərarı almışdır. Odur ki, inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* nömrəli qərardan şikayət vermə müddətinin üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, vəsatət əsassızdır və şəxsin qərardan məlumatı olmuşdur. Belə ki, X4 10 dekabr 2019-cu il tarixli məktubla idarəyə dəvət olunmuşdur. X4 barəsində 29 dekabr 2019-cu il tarixdə barəsində qərar qəbul edilmişdir. Həmin qərar 30 dekabr 2019-cu il tarixdə X2 göndərilmişdir. Bununla bağlı reyestrdə mövcuddur və həmin reyestrdən çıxarışı məhkəməyə təqdim edir. Qeyd etdiklərini nəzərə alaraq müddətin bərpasına dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 iclasa gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müddətin bərpası barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarından şikayətin verilməsi müddətinin X4 tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİ X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarından şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməsin, həmin ərizə təmin edilmədiyindən mübahisələndirilən qərardan verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar