Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1559/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X22 baş həkimi X24, onun nümayəndəsi-“Union” vəkil bürosunun vəkili X46, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin nümayəndələri X38 və X3 iştirakları ilə, X24 inzibati xəta haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X22 baş həkimi X47, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X63 Xidmətinin Bakı şəhər İdarəsi onun barəsində Dispanserdə həkim MBT vəzifəsində işləmiş X7 əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd edilən qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. 21 fevral 2024-cü il tarixdə X63 Xidmətinin hüquqşünası tərəfindən şikayəti ilə bağlı dəvət olunmuş və bununla bağlı ətraflı izahat vermişdir. X63 Xidməti 21 fevral 2024-cü il tarixli 3-17-5/1- 4022/2024 nömrəli qərarı ilə şikayətini təmin etməmiş və X63 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarını qüvvədə saxlamışdır. Hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3-17- 5/1-4022/2024 nömrəli qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X1 əvvəl işləmiş baş həkimi Nərmin Qasımova tərəfindən həkim MBT vəzifəsində işləmiş X7 sertifikasiya imtahanında iştirak etməsi üçün şərait yaradılması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 25 sentyabr 2023-cü il tarixində 56 nömrəli məktubla müraciət etmişdir. Həmin müraciətə X7 təhsilinə dair diplom və digər sənədlər əlavə edilmişdir. Həmin məktuba Səhiyyə Nazirliyi tərəfindən 06 oktyabr 2023-cü il tarixli 3-28/6958/2023 nömrəli məktubla cavab yazılmışdır. Qeyd edilmişdir ki, X7 sertifikasiya prosesində iştirakı qeyri-mümkündür, ona görə ki, onun ali və orta ixtisas tibb təhsili yoxdur və tibbi fəaliyyət ilə məşğul ola bilməz. X8 Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ərizəsinə Səhiyyə Nazirliyində baxılmış və ona cavab olaraq məktubun son abzası bu şəkildə qeyd edilmişdir: “Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəssisələrində müalicə bədən tərbiyəsi üzrə həkim vəzifəsində fizioterapiya və tibbi bərpa ixtisası üzrə internaturada, rezidenturada hazırlıq keçən ali tibb təhsilli şəxslər işləyə bilərlər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər”. X19 1989-cu ildə o dövr S.M.Kirov adına Azərbaycan Dövlət Bədən X27 Tərbiyəsi və İdman fakültəsini (Diplom: PB№028196) bitirib. 2004-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutunda “X55” kursunu (PB№028196) keçmişdir. Əvvəlki baş həkim Nərmin Qasımova X20ya ştat cədvəli üzrə ixtisasına uyğun o vaxt üçün boş vakant yer olan instruktor vəzifəsində işləməyi dəfələrlə təklif etmişdir, ancaq o, həmin vəzifədə işləməkdən imtina etmişdir. Nərmin Qasımova bunu aktlaşdırmamışdır, ancaq şahidlər qeyd edilən faktı təsdiq edirlər. Baş həkimi işlədiyi Dispanserin şöbə müdiri Günay Hüseynovanın xidməti qeydi və Səhiyyə Nazirliyinin onlara göndərdiyi 06 oktyabr 2023-cü il tarixli 3- 28/6958/2023 nömrəli məktuba əsasən X7 əmək müqaviləsi 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilmişdir. Ona bu barədə məlumat verilmiş və boş vakant yer olmadığı üçün başqa vəzifəyə təyinat mümkün olmamışdır. Qeyd edilən işçinin ixtisası həkim olmadığına görə, qanunvericiliyin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tələbini pozmaqla həmin vəzifədə onu saxlamaq onlar üçün məsuliyyət yaradacaqdı. Dispanserdə yetkinlik yaşına çatmayan uşaqlar da müalicə olunurlar. Uşaqların səhəti onları daha çox düşündürmüşdür. Onların səhətində qeyri-peşəkar müalicə nəticəsində problem ortaya çıxsaydı, birinci növbədə buna görə məsuliyyət daşıyacaqdılar. Bunları düşünərək atdığı addıma görə indi barəsində qəbul edilən inzibati qərara əsasən 1500 manat cəriməyə məruz qalır. Axı həkim ixtisasına sahib olmayan şəxs necə həkim işləyə bilər? İşçi X7 hüquqları əsassız qorunduğu halda, onun və tabeçiliyində olduğu qurumun maraqları nəzərə alınmamışdır. Belə bir vəziyyətdə o, necə hərəkət etməli idi ki, müalicə olunanların, baş həkimi işlədiyi müəssisənin, tabeçiliyində olduqları qurumun hüquq və mənafeləri pozulmasın? O, aşağıda qeyd edilən qanunvericiliyin tələbləri əsasında hərəkət etmişdir: “Əhalinin sağlamlığının qorunması haqqında” 360-İQ saylı Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilinəsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2-ci bəndində qeyd edilmişdir: Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. X2 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X2 Şurası yaradılır və Əsasnaməsi təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Göründüyü kimi, X8 aldığı təhsil barədə sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həkim kimi işləməsi üçün uyğun görülmədiyinə görə onun sertifikasiya prosesində iştirakı təmin edilməmişdir. X63 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinin tələblərinin pozulması ilə əsaslandırmışdır. Yuxarıda da qeyd edildiyi kimi, X9 tibb təhsili olmadığına görə sertifikasiya prosesinə cəlb edilməmişdir. Bu o deməkdir ki, həmin şəxs həkim vəzifəsində işləyə bilməz. X63 Xidməti qeyd edilən qərarında X10 tibbi fəaliyyətlə məşğul olmasını qadağan edən qanunvericiliyin tələblərini qeyd etmiş, ancaq X63 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarını qüvvədə saxlamaqla, tibbi fəaliyyətlə məşğul ola bilməsinə haqq qazandırmışdır. X63 Xidməti qərarını onunla əsaslandırmışdır ki, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilməmişdir. Halbuki, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yuxarıda qeyd edildiyi kimi, X7 tibbi fəaliyyətlə məşğul olmaq və sertifikasiya imtahanında iştirak etmək üçün hüququnun olmadığı barədə rəsmi cavab vermişdir. Bununla bağlı nə qərar qəbul edilməlidir? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işçinin əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Bununla yanaşı, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə, həmin Məcəllənin 74-cü maddəsinin f bəndinə (Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları) əsasən xitam verilir. Hazırki işlə bağlı yaranmış hal qeyd edilən bənddə göstərilən halla eynidir. Əmək Məcəlləsində bununla bağlı konkret müddəa yoxdursa, bu, o demək deyil ki, qanunvericiliyin tələblərini pozmaqla işçi işinə bərpa edilməlidir. Göstərilənləri nəzərə alaraq, X63 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının qüvvədə saxlanılması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli 3-17-5/1-4022/2024 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X47 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X22 baş həkimi vəzifəsinə 5 aydır ki, təyin olunmuşdur, ondan əvvəl Səhiyyə Nazirliyi tərəfindən komissiya təşkil olunmuş, akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, X7 tibbi fəaliyyətlə məşğul olmaq və sertifikasiya imtahanında iştirak etmək üçün hüququ yoxdur. Bu barədə rəsmi məktub da verilmişdir və məktub 05 dekabr 2023-cü il tarixli əmrin verilməsinin əsası kimi qeyd olunmuşdur. Onun özü tibbi biologiya ixtisasını bitirmişdir, onlara registr kodu verilir, həmin kod əsasında müraciət edirlər, kursa cəlb olunurlar. Həmin xanımın registr kodu yoxdur, bu səbəbdən kursa cəlb olunmamışdır. Nazirlikdə X20ya başqa işdə işləməsi təklif edilmiş, lakin o, qəbul etməmişdir. Şikayəti əsaslı olduğundan təmin olunmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3- 17-5/1-4022/2024 nömrəli qərarının və həmin Xidmətin Bakı şəhər İdarəsinin onun Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X24 nümayəndəsi və vəkili X75 təmsil etdiyi şəxsin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X7 işdən azad olunması barədə əmr verilərkən Səhiyyə Nazirliyinin rəsmi məktubu əsas götürülmüş, Dispanserin baş həkimi qanunun tələbini yerinə yetirmişdir. Ona görə onun əməlində inzibati xəta tərkibi yoxdur. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin nümayəndəsi X65 şikayətdə qeyd olunanlarla razılaşmayıb izahatında göstərmişdir ki, mübahisələndirilən 21 fevral 2024-cü il tarixli qərar qanuni və əsaslıdır. X20 23 noyabr 2023-cü il tarixli ərizə ilə müraciət etdikdən sonra araşdırma aparılmışdır. Xanım həmin vaxt bildirmişdir ki, onun işdən çıxarılma təhlükəsi vardır. Xanımla əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndi ilə xitam verilmişdir. Xanım sertfikasiyada iştirak etmək hüququna malik deyil. Xanımın təhsili imkan vermirsə orada necə işləyib, əgər işləyə bilirsə sertifikasiyadan keçməlidir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması sertifikasiya ilə müəyyən olunmalıdır. Lakin belə sertifikasiya keçirilməmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin nümayəndəsi X5 digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X8 əmək müqaviləsinə xitam verilməsi maddəsi qanunsuz olmuşdur, xanım imtahanda iştirak etməyib, həmin maddə ilə xitam verilməsi düzgün olmamışdır. Həmin xanım imtahanda iştirak etməyibsə onun peşəkarlıq səviyyəsi ilə xitam verilməsi qanunsuz hesab edilir. Əmr verilərkən Əmək Məcəlləsinin 67-1-ci maddəsinin tələbləri gözlənilməmişdir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X23 şöbə müdirinevropatoloq vəzifəsində işləyir. O, Dispanserdə 2007-ci ildən işləyir, X14 həkim kimi bilmişdir. Onu həkim kimi işə götürmüşlər. Sonra həmin dövr üçün baş həkim olan Nərmin Qasımova ona ixtisasına uyğun başqa iş təklif etmiş, lakin X19 demişdir ki, nə qədər maaş itirəcəkdir, ona görə razı deyil. Baş həkim tərəfindən xəbərdarlıq olunmuşdur ki, yoxlayırlar, onu işdən çıxaracaqlar, məcburdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X23 tibb bacısı vəzifəsində işləyir. X19 Dispanserdə həkim işləmişdir. 2023-cü ilin oktyabr ayında baş həkim olan Nərmin xanım onların otağına gəlmiş, X15 vəzifəsini dəyişməli olduqlarını demiş, lakin o, istəməmiş, həkim kimi işləmək istədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - PB № 028196 nömrəli diplomun surətindən görünür ki, X19 1989-cu ildə Kirov adına X29 İdman fakültəsini Bədən tərbiyəsi müəllimi ixtisası üzrə bitirmişdir; - 07 iyun 1989-cu il tarixli 75 nömrəli şəhadətnamənin surətindən görünür ki, PB № 028196 nömrəli diplom əsasında X15 “X55 təlimatçısı” şəhadətnaməsi verilmişdir; -“Əziz Əliyev” adına Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutu tərəfindən verilmiş şəhadətnamədən görünür ki, həkim-metodist X19 iki ay müddətində “X55” kursu üzrə təkmilləşmə keçmişdir; - 12 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nazirin müşaviri X66, Daxili nəzarət və audit sektorunun müdiri X39, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X49 və Bakı şəhər Tibbi X22 baş həkimi X33 iştirakları ilə 2022-ci ilin və 2023-cü ilin birinci yarımilinin maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılması həyata keçirilmişdir. Dispanserdə fəaliyyət göstərən həkim və orta tibb personalının sertifikasiyadan keçməmələri ilə bağlı faktlar müəyyən edilmişdir. Belə ki, X59 (baş həkim), X50 (pediatr), X40 (terapevt), X34 (pediatr), X67 (pediatr), X36 (pediatr), X68 (stomatoloq), X60 (stomatoloq), X69 (terapevt), X48 (nevropatoloq), Qasımova Hicran Köçəri qızı (həkim USM), X51 (fizioterapevt), X17 (nevropatoloq), X19 (həkim MBT), X6 (baş tibb bacısı), X61 (massajist), X32 (tibb bacısı), X62 (tibb bacısı), X70 (massajist), X52 (tibb bacısı), X35 (tibb bacısı), X53 (tibb bacısı), X71 (laborant), X54 (tibb bacısı), X41 (laborant), X44 (massajist), X42 (tibb bacısı) və X25 (tibb bacısı) sertifikasiya şəhadətnamələri mövcud deyil. Ümumilikdə dispanserdə fəaliyyət göstərən 18 həkimdən yalnız 4-nün, 16 nəfərlik orta tibb personalından isə yalnız 2-nin sertifikasiya şəhadətnaməsi mövcuddur. Dispanserdə MBT üzrə həkim olaraq çalışan X11 müvafiq tibbi təhsili yoxdur, o, 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən X37 tərbiyəsi müəllimliyi ixtisası üzrə bitirmişdir. Bakı şəhər Tibbi X23 qeyd edilən pozuntu hallarının aradan qaldırılması məqsədi ilə qısa zaman ərzində dispanserin işində dönüş yaradılmalı, tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulan idmançıların siyahıları dəqiqləşdirilməli, müraciət edən idmançılardan göndərişlər tələb edilməlidir. Dispanserdə çalışan həkim və orta tibb personalına Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması” haqqında Qanununa əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyi və həmin işçilərin beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməsinin zəruriliyi bildirilmişdir; -Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X22 sabiq baş həkimi N.A.Qasımova tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli 56 nömrəli məktubundan görünür ki, Dispanserdə aparılan kadr islahatları üzrə araşdırma zamanı, 1968-ci il təvəllüdlü həkim MBT X12 şəxsi işi üzrə bəzi məqamlara aydınlıq qətirməsi zərurəti yaranmışdır. Belə ki, X18 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu “Bədən Tərbiyəsi və İdman” fakültəsini (Diplom PB№028196) bitirib. xx.xx.1989-xx.xx.2006-cı il tarixinə qədər Azərbaycan X16 İnstitutunda MBT üzrə Həkim-metodist vəzifəsində çalışmışdır. 2004-cü ilin noyabr ayında həmin institutda “X55” üzrə (Diplom PB№028196) kurs keçib. xx.xx.2006-cı ildən Baki şəhər X80 Dispanserdə həkim MBT vəzifəsinə işə götürülüb və bu günə qədər həmin vəzifədə çalışır. (dispanserdə əmək stajı 17 il). Dispanserdə çalışdığı illər ərzində X19 təkmilləşdirmə kursları keçməmişdir, səbəb də ondan ibarətdir ki, Azərbaycan X16 institutunda kursları keçmək üçün onun reqistr kodu yoxdur və müvafiq olaraq sertifikat almaq üçün imtahandan keçə bilmir. Qeyd olunanları nəzərə alaraq. X8 həkim MBT vəzifəsində çalışması və sertifikasiya imtahanı verməsi barədə rəsmi münasibət bildirilməsi xahiş edilmişdir; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi X22 sabiq baş həkimi N.Qasımovaya ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli 3-28/2-6958/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Dövlət X29 məzunları yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bilərlər. Həkim və orta tibb heyyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislər fəaliyyət göstərə bilər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. Bununla bağlı Azərbaycan Dövlət X29 “Bədən tərbiyəsi və İdman” fakültəsinin məzunu X8 tibb işçiləri üçün nəzərdə tutulan sertifikasiya prosesində iştirakı qeyri-mümkündür. -Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhər X90 Dispanserinin baş həkimi Aysel Məmmədova tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 68 nömrəli əmrdən çıxarışdan görünür ki, X21 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu həkim MBT vəzifəsindən azad olunmuş, onunla əmək müqaviləsinə 05 dekabr 2023-cü il tarixdən xitam verilmişdir. Əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 oktyabr 2023-cü il tarixli 3-28/2- 6958/2023 nömrəli məktubu; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X15 ünvanlanmış 30 dekabr 2023cü il tarixli məktubundan görünür ki, onun Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sertifikasiyadan keçmədiyi üçün işdən azad olunmağı barədə ərizəsinə Səhiyyə Nazirliyində baxılmışdır. Bildirirlər ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Eyni zamanda, Azerbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəssisələrində Müalicə bədən tərbiyyəsi üzrə həkim vəzifəsində fizioterapiya və tibbi bərpa ixtisası internaturada, rezidenturada hazırlıq keçən ali tibb təhsilli şəxslər işləyə bilərlər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin Bakı şəhər İdarəsinin 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, işəgötürən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X45 tərəfindən X8 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5ci hissəsinin tələbləri gözlənilmədən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, Dispanserin baş həkimi X47 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli qərarından görünür ki, X8 əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X22 baş həkimi X47 tərəfindən Xalidə Mahmudbəyovanın əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi faktı aşkar edilmiş və 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən Aysel Məmmədova barəsində 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Aysel Məmmədova inzibati xəta haqqında iş üzrə 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, Xalidə Mahmudbəyova 1989-cu ildə Kirov adına X29 İdman fakültəsini Bədən Tərbiyəsi müəllimi ixtisası üzrə bitirib və X55 Təlimatçısı şəhadətnaməsini əldə etmişdir. 16 iyun 2006-cı il tarixindən əmək müqaviləsinə xitam verilənədək Dispanserdə həkim MBT vəzifəsində işləmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və Praktik Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarına əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər ali və orta tibb təhsilli olmalı, müvafiq sertifikasiya imtahanından keçərək şəhadətnamə almalıdırlar. X56 qeyri-tibb ixtisası üzrə ali təhsilə malikdir. Həmçinin bu barədə dispanserin baş həkimi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş 25 sentyabr 2023-cü il tarixli 56 nömrəli məktuba verilmiş 06 oktyabr 2023-cü il tarixli 3-28/2-6958/2023 nömrəli cavabda qəti olaraq bildirilir ki, X.Mahmudbəyovanın ali təhsil ixtisasına əsasən onun sertifikasiyadan keçməsi qeyri-mümkündür. Bu əsasla da onun praktik tibb fəaliyyətinə buraxılması mümkün olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yuxarıda göstərilən məktubuna əsasən X.Mahmudbəyova ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunan iş üzrə hüquq pozuntusuna yol verilmədiyi şikayətdə, göstərilmişdir. Bu səbəbdən qərarın ləğv olunması xahiş edilmişdir. Xidmət Aysel Məmmədovanın inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə 21 fevral 2024-cü il tarixdə onun iştirakı ilə baxmış, inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları, Xidmətə təqdim olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, Xidmətin 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qüvvədə saxlanılmalıdır. X31 X23 əmək hüquqlarının pozulmasına dair 23 noyabr 2023-cü il tarixli müraciətləri Xidmətin Bakı şəhər İdarəsinə daxil olmuşdur. Nazirliyin “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) məlumatlarına əsasən müəyyən edilmişdir ki, Xalidə Mahmudbəyova ilə 13 oktyabr 2022-ci il tarixdə Həkim MBT vəzifəsi üzrə (işəgötürəni X59 olmaqla) müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan PB 028196 nömrəli diplomdan görünür ki, Xalidə Mahmudbəyova 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən X37 Tərbiyəsi və İdman fakültəsini bitirmişdir. Tibbi X22 baş həkimi N.Qasımova tərəfindən Dispanserdə çalışdığı illər ərzində Xalidə Mahmudbəyovanın Azərbaycan X16 İnstitutunda təkmilləşdirmə kursları keçmək üçün registr kodu olmadığı və sertifikat almaq üçün imtahandan keçə bilmədiyindən onun həkim MBT vəzifəsində çalışması və sertifikasiya imtahanı verməsi barədə rəsmi münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 25 sentyabr 2023-cü il tarixli 56 nömrəli məktubu ünvanlanmışdır. Səhiyyə Nazirliyinin Tibbi X22 baş həkiminə ünvanlanmış 06 oktybar 2023-cü il tarixli 3-28/2-6958/2023 nömrəli cavab məktubunda Azərbaycan Dövlət X29 məzunlarının yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifəsində çalışa bilməsi, həkim və orta tibb heyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislərin fəaliyyət göstərə bilməsi və onların mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilə bilməsi qeyd edilmişdir. Bununla bağlı Azərbaycan Dövlət X29 “Bədən tərbiyəsi və İdman” fakültəsinin məzunu Xalidə Mahmudbəyovanın tibb işçiləri üçün nəzərdə tutulan sertifikasiya prosesində iştirakının qeyri-mümkün olduğu məktubda bildirilmişdir. İş materiallarından Tibbi X22 baş həkimi Aysel Məmmədovanın 05 dekabr 2023-cü il tarixli 68 nömrəli əmri ilə Tibbi X23 Müalicə bədən tərbiyəsi şöbəsində Həkim MBT vəzifəsində işləyən Xalidə Mahmudbəyovanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq 05 dekabr 2023-cü il tarixində xitam verildiyi və işçinin 13 oktyabr 2022-ci il tarixindən 05 dekabr 2023-cü il tarixədək istifadə edilməmiş 0 (sıfır) təqvim günü məzuniyyətinin son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edildiyi müəyyən edilir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən Aysel Məmmədova 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və 30 gün ərzində Xalidə Mahmudbəyovanın əmək müqaviləsinə xitam verilməsi barədə 05 dekabr 2023-cü il tarixli, 68 nömrəli əmrin ləğv edilərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X63 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə bağlı 18 yanvar 2024-cü il tarixli 3-17-5/2-2707/2024 nömrəli məktub göndərilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Xalidə Mahmudbəyovanın əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Xalidə Mahmudbəyovanın tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilməmişdir. Bununla da, Xidmət qanunvericiliklə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, Xidmətin Bakı Şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq əmək müqaviləsi üzrə işçinin əsas hüququdur. Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən peşə (vəzifə) adlarını, ixtisasları, əməyin ödənilməsi dərəcələrini müəyyər edərək əmək şəraitini təmin etməlidir. Məcəllənin 57-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tütulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X13 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Məcəllənin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilə bilər. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən, şikayət təmin edilməmiş, Tibbi X22 baş həkimi X47 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin Bakı şəhər İdarəsinin 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli qərarının qəbul edilməsinə, işəgötürən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X45 tərəfindən X8 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinin tələbləri gözlənilmədən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin Bakı şəhər İdarəsinin Dispanserin baş həkimi X24 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 1500 manat məbləğində inzibati cəriməni şərti olaraq tətbiq etməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunması barədə qərardan baş həkim X58 Əmək Müfəttişliyi Xidmətinə şikayət verməsi əsas olmuşdur. Belə ki, X19 1989-cu ildə Kirov adına X29 İdman fakültəsini Bədən tərbiyəsi müəllimi ixtisası üzrə bitirmiş və ona X55 təlimatçısı şəhadətnaməsi verilmişdir. 16 iyun 2006-cı il tarixindən 05 dekabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilənədək o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X23 həkim MBT vəzifəsində işləmişdir. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 oktyabr 2023-cü il tarixli 3-28/2-6958/2023 nömrəli məktubuna əsasən Azərbaycan Dövlət X29 məzunları yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bilərlər. Həkim və orta tibb heyyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislər fəaliyyət göstərə bilər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. Bununla bağlı Azərbaycan Dövlət X29 “Bədən tərbiyəsi və İdman” fakültəsinin məzunu X8 tibb işçiləri üçün nəzərdə tutulan sertifikasiya prosesində iştirakı qeyri-mümkündür. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2023-cü il tarixli məktubuna əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Azerbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəssisələrində Müalicə bədən tərbiyyəsi üzrə həkim vəzifəsində fizioterapiya və tibbi bərpa ixtisası internaturada, rezidenturada hazırlıq keçən ali tibb təhsilli şəxslər işləyə bilərlər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər. X8 X29 İdman fakültəsini Bədən tərbiyəsi müəllimi ixtisası üzrə bitirməsini, onun müvafiq sahə üzrə tibbi təhsilinin olmamasını, yalnız X55 təlimatçısı şəhadətnaməsinə sahib olmasını, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 oktyabr 2023cü il tarixli 3-28/2-6958/2023 nömrəli məktubunu əsas kimi qəbul edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhər Tibbi X22 baş həkimi Aysel Məmmədova tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 68 nömrəli əmrə əsasən X21 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu həkim MBT vəzifəsindən azad olunmuş, onunla əmək müqaviləsinə 05 dekabr 2023-cü il tarixdən xitam verilmişdir. Yəni, X8 aldığı təhsili təsdiq edən sənədlər, malik olduğu ixtisas Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən onun həkim kimi işləməsi üçün uyğun görülməmiş və sertifikasiya prosesində iştirakı təmin edilməmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilinəsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. X2 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X2 Şurası yaradılır və Əsasnaməsi təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd”inə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı dedikdə, bu orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi hesab olunurş Hansı ki, 12 sentyabr 2023-cü il tarixli aktla müəyyən edildiyi kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən Bakı şəhər Tibbi X23 araşdırma apararkən Dispanserdə fəaliyyət göstərən həkim və orta tibb personalının sertifikasiyadan keçməmələri ilə bağlı faktları müəyyən etmişlər, aydın olmuşdur ki, Dispanserdə MBT üzrə həkim olaraq çalışan X11 müvafiq tibbi təhsili yoxdur, o, 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən X37 tərbiyəsi müəllimliyi ixtisası üzrə bitirmişdir. Bakı şəhər Tibbi X23 qeyd edilən pozuntu hallarının aradan qaldırılması məqsədi ilə qısa zaman ərzində dispanserin işində dönüş yaradılması vəzifə olaraq qoyulmuş, Dispanserdə çalışan həkim və orta tibb personalına Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması” haqqında Qanununa əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyi və həmin işçilərin beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməsinin zəruriliyi bildirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (İnsan resursları, elm və təhsil şöbəsinin müdiri tərəfindən imzalanmış) yuxarıda istinad olunan 06 oktyabr 2023-cü il tarixli 3-28/2-6958/2023 nömrəli məktubuna əsasən də Azərbaycan Dövlət X29 məzunlarının yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bilmələri, həkim və orta tibb heyyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislərin fəaliyyət göstərə bilmələri və onların mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilmələri, bununla bağlı Azərbaycan Dövlət X29 “Bədən tərbiyəsi və İdman” fakültəsinin məzunu X8 tibb işçiləri üçün nəzərdə tutulan sertifikasiya prosesində iştirakının qeyri-mümkün olması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X22 baş həkimi 05 dekabr 2023-cü il tarixli 68 nömrəli əmri qəbul edərkən praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin yuxarıda göstərilən rəsmi, hüquqi mövqeyini əsas götürməkdə haqlı olmuşdur. Əmək Məcəlləsinin 67-1-ci maddəsində nəzərdə tutulan tələb məhz Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilərin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilmələri ilə bağlıdır. Bununla da, Tibbi X22 baş həkimi Aysel Məmmədova, onun barəsində inzibati tənbeh tətbiq edilməsinə əsas olmuş həmin əmri qəbul edərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd”ində göstərilən tələbləri pozmamışdır, mövcud şəraitdə işçi X8 müvafiq tibbi təhsili olmadığına görə onun ümumiyyətlə sertifikasiyadan keçirilməsinə, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması əsası ilə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən ayrıca qərar qəbul edilməsinə zərurət də olmamışdır. Bundan başqa, işdən azad edilməzdən əvvəl X15 ştat cədvəli üzrə ixtisasına uyğun olaraq həmin dövr üçün boş vakant yer olan instruktor vəzifəsində işləməyi təklif edilmiş, lakin o, həmin vəzifədə işləməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X24 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar və həmin qərarın qəbul edilməsinə əsas olmuş ilkin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X63 Xidmətinin 21 fevral 2024-cü il tarixli, 3-17-5/1-4022/2024 nömrəli qərarı və həmin Xidmətin Bakı şəhər İdarəsinin işəgötürən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tibbi X22 baş həkimi X24 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1559/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1559/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver